"Nizami Gəncəvi -dünya ədəbiyyatının incisi"aldı konfrans

18.04.2021- ci il tarixdə Sabunçu Regional "Kiçik Akademiya"sının, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən "Nizami Gəncəvi İli"nin elan olunması ilə əlaqədar "Nizami Gəncəvi - dünya ədəbiyyatının incisi" adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfransda 100 - ə yaxın müəllim, şagird , gənclər iştirak edirdi. Konfransı giriş sözü sözü ilə Sabunçu Regional "Kiçik Akademiya"sının rəhbəri, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini , 4 nömrəli VMA-nın prezidenti Sərxan Şahverdiyev başladı. Daha sonra 130 nömrəli tam orta məktəbin şagirdi Babayeva Esmiranın hazırladığı videoçarxa baxış oldu. Ardınca Sabunçu İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi, A.X.Y. adına 112 nömrəli tam orta məktəbin TTİ üzrə direktor müavini, ibtidai sinif müəllimi İlahə Abdullazadə , 169 nömrəli tam orta məktəbin TTİ üzrə direktor müavini Fərman Əmirov , elmi-məqalə müsabiqəsinin qalib müəllimləri ; Aysel Vəlizadə (255 nömrəli tam orta məktəb), Məmmədli Sevinc (307 nömrəli tam orta məktəb), Manaflı Mehri (128 nömrəli tam orta məktəb), Qəmbərova Məhsəti (113 nömrəli tam orta məktəb), Vəliyeva Humay ( 155 nömrəli tam orta məktəb), elmi-məqalə müsabiqəsinin qalib şagirdləri ; Tağızadə Rəhiməxanım (96 nömrəli tam orta məktəb), Rüstəmova Aysu (142 nömrəli tam orta məktəb) Bahar Həmidova (271 nömrəli tam orta məktəb) yazdıqları məqalələri üzrə çıxış etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi