"Su" mövzusunda təqdimat yarışı keçirildi

Kiçik Akademiyanın Kimya kafedrası üzrə 7-ci siniflərarası kimya fənnindən "Su" mövzusunda təqdimat yarışı keçirildi. Təqdimat "Power point" proqramı ilə hazırlanmalı, mövzu olaraq; - Su ən dəyərli kimyəvi maddə - Suyun kimyəvi xassələri - Dünyada şirin su ehtiyyatları və mənbələri -Azərbaycanda şirin su ehtiyyatları və mənbələri -Azərbaycanda Suyun çirklənmə səbəbləri (çirkab axıntıları hara gedir?) - Sudan əldə olunan enerjilər -Yağış suyundan əldə olunan enerji (Reyhanın layihəsi) və digər seçim imkanları təqdim olunmuşdu. Qaliblər 3 yerlə qiymətləndirildi. Qiymətləndirmə meyarları: - mövzunun aktuallığı -mövzunun əhatəliliyi -təkrarçılıqdan uzaq olması - təqdimetmə bacarığı - yaradıcı yanaşma - slaydın dizaynı Qaliblər: 1-ci yer - 7a - Vəlizadə Elay 2-ci yer - 7b - Qədirova Sevinc 3-cü yer -7a - İbadzadə Əsmayə Yarışda məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavinləri Rəfiqə Hacıyeva, Vəfa Məmmədova, Kimya müəllimi Yeganə Rəhimova və Azərbaycan dili və ədəbiyyat müəllimi Humay Vəliyeva münsiflər heyəti qismində iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi