"Zəfər günü" adlı tədbir keçirildi

 "Kiçik Akademiya"nın Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Bağırova Şəhla və kafedranın üzvləri olan 7a, 8b, 9c sinif şagirdlərinin iştirakı ilə "Zəfər günü" adlı tədbir keçirildi.     Tədbirdə 44 günlük Vətən müharibəsində şücaət göstərən qəhrəman oğul və qızlarımız haqqında müxtəlif mövzulu video-çarxlar və döyüş yolumuzu əks etdirən səhnəciklər təqdim olundu. Şagirdlər "Zəfər günü" nə aid şeirləri qürur və fərəh hissi ilə söylədilər.     Tədbirdə məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavini Rəfiqə Hacıyeva, kitabxanaçı Kifayət Həsənova, UBR, "Kiçik Akademiya"nın rəhbəri Arzu Məmmədova, psixoloq Qəmərxanım Səfərova iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi