Elmi məqalə müsabiqəsinin nəticələri açıqlandı

Elmi məqalə müsabiqəsinin nəticələri açıqlandı Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2022-ci il tarixli Sərəncamını nəzərə alaraq Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz “Kiçik Akademiya”nın təşkilatçılığı, YAP Sabunçu Rayon təşkilatının dəstəyi ilə “Xocalı – əsrimizin qan yaddaşı” adlı elmi-məqalə müsabiqəsinin nəticələri açıqlanmışdır. Elmi məqalə müsabiqəsində 40-a yaxın məktəbin şagirdləri iştirak etmişdir. Nəticələrə əsasən 4 nömrəli tam orta məktəbin şagirdi Məmmədov Şahlar I yerə, 28 nömrəli tam orta məktəbin şagirdi Əsgərli Gülay, 69 nömrəli tam orta məktəbin şagirdi Şəkiyeva Nəzrin, 113 nömrəli tam orta məktəbin şagirdi Quliyeva Həmidə II yerə, 72 nömrəli məktəb-liseyin şagirdi Eyvazova Zəhra, 155 nömrəli tam orta məktəbin şagirdi Vəlizadə Elay III yerə, 75, 80, 81, 96, 112, 130, 187, 259 və 309 nömrəli tam orta məktəbin şagirdləri isə "FƏRQLƏNMƏYƏ" layiq görülmüşdür.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi