"Yeni perspektivlər, yeni baxışlar" adlı görüş keçirildi.

Sentyabrın 30-u 2022-ci il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə 2022/2023-cü tədris ili üzrə "Yeni perspektivlər, yeni baxışlar" adlı görüş keçirildi. Görüş Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ardınca Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev bakuka.az saytının işlənilməsi, 2022/2023-cü tədris ili üzrə Fəaliyyət planının tərtibi, KA strukturunun təşkili, olimpiada mərkəzinin yaradılması, SKA TV-nin təşkili, ustad dərslərin təşkili və cari məsələlər haqqında danışdı. Sonda KA rəhbərləri tərəfindən əlavə təkliflər dinlənildi, suallara cavab verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi