"Kiçik Akademiya" üzvlərinin iştirakı ilə Akademiyanın I iclası keçirilib

8 oktyabr 2022-ci il tarixdə məktəbdə "Kiçik Akademiya" üzvlərinin iştirakı ilə Akademiyanın I iclası keçirilib. İclasda "Kiçik Akademiya"nın rəhbəri Arzu Məmmədova üzvlərə Akademiyanın əsas iş prinsiplərindən və tədris ili ərzində görüləcək işlər barədə məlumat verib. Arzu Məmmədova həmçinin "Kiçik Akademiya"nın kafedraları, "Olimpiada" və "İmtahan" bölməsi haqqında ətraflı məlumat verib və üzvlərin sualları cavablandırıb. Sonda Humanitar və Texniki kafedraların məsləhətçi müəllimləri seçilib. "Kiçik Akademiya"nın fəaliyyətinin genişləndirilməsi üçün müvafiq işlərin yerinə yetirilməsi vacib məsələ kimi qarşıya qoyulub .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi