Ağıllı Büdcə lahiyəsinin bağlanış mərasimi və poster yarışı
01.02.2020 – ci il tarixində Landmark otelin "Ratunda"zalında Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun mailiyə dəstəyi ilə həyata keçirilən Ağıllı Büdcə lahiyəsinin bağlanış mərasimi və poster yarışı keçirildi.
Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində icra edilən lahiyədə ümumilikdə 10 tam orta ümumtəhsil müəssəsindən 314 nəfər şagird iştirak etmişdi.
Lahiyənin iştirak üçün 155 nömrəli tam orta məktəb də seçilmişdir.
Ağıllı Büdcə lahiyəsində 155 nömrəli tam orta məktəb 3 komanda ilə iştirak edirdi.
Komandalarımız mövzular üzrə posterlər hazırladılar.
1-ci komandamızın posteri " Pulunun hara getdiyini düşünməkdənsə, hara gedəcəyini planlaşdır” mövzusu üzrə ən yaxşı təqdimatla qalib gədilər.
2-ci komandamızın posteri "Təhlükələri qabaqcadan görə bilməzsən amma özünü onlardan qoruya bilərsən” mövzusu üzrə ən yaxşı təqdimatla qalib gəldilər.
2-ci komandamızın posteri yenidən ən yaxşı dizayın üzrə qalib gədilər. Sonda Komandalarımıza 3 naminasiya üzrə hədiyyələr təqdim olundu.