"ƏHMƏD CAVAD YARADICILIĞI VƏ TARİXDƏ ROLU " ADLI KEÇİRİLMİŞ İNTELLEKTUAL MÜSABİQƏNİN TƏLTİFETMƏ MƏRASİMİ BAŞ TUTDU

Fevralın 14-ü 2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə F-316 nömrəli əmrin II bəndinə əsasən Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə "Kiçik Akademiya"ların Azərbaycan dili və ədəbiyyat, tarix kafedraları üzrə "Əhməd Cavad yaradıcılığı və tarixdə rolu " adlı keçirilmiş intellektual müsabiqənin təltifetmə mərasimi baş tutdu. Təltifetmə Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ardınca Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev keçirilən müsabiqə və nəticələri haqqında məlumat verdi. Mərkəz məktəbin direktoru Nizami Qasımzadə tədbir iştirakçılarını və qonaqları salamlayaraq müsabiqənin təqdirəlayiq olduğunu bildirdi. Təltifetmənin bədii hissəsində 307 nömrəli tam orta məktəbin şagirdləri Əhməd Cavadın bədii irsindən şeirlər və "Şükriyyə taleyim" musiqisini səsləndirdilər. Sonda I yerin qalibləri Diplom və hədiyyələrlə, II və III yerin sahibləri Diplomla, fərqlənən və iştirak edən şagirdlər isə Sertifikatla təltif olunmuşdur. Məktəbimizin şagirdləri Ayla Məmmədova və Əli Səfərəliyev II yer tutduğuna görə Diplomla təltif olundular. Qalib olan və iştirak edən hər bir məktəbi səmimi qəlbdən təbrik edir, uğurlar və müvəffəqiyyətlər arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi