Zərifə Əliyeva - oftalmologiya elminin inkişafında müstəsna xidmətləri" adlı elmi-praktiki konfrans

28.04.2021- ci il Sabunçu Regional "Kiçik Akademiya"sının, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən " Zərifə Əliyeva - oftalmologiya elminin inkişafında müstəsna xidmətləri" adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladılmışdır. Ardınca Sabunçu Regional "Kiçik Akademiya"sının rəhbəri , YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev konfransın gündəliyi barədə iştirakçılara məlumat verdi. Daha sonra Ardınca 128 nömrəli tam orta məktəbin “Kiçik Akademiya"sının hazırladığı videoçarxa baxış oldu. Konfransın gündəliyinə uyğun olaraq 112 nömrəli tam orta məktəbin direktor müavini İlahə Abdullazadə, 107 nömrəli tam orta məktəbin direktoru Jalə Məhərrəmova, 169 nömrəli tam orta məktəbin direktor müavini Fərman Əmirov, 78 nömrəli tam orta məktəbin “Kiçik Akademiya” rəhbəri, biologiya müəllimi Elşad Əliyev, 112 nömrəli tam orta məktəbin “Kiçik Akademiya”sının Kimya-Biologiya kafedralarının məsləhətçi müəllimi Lətifə Mustafazadə, 72 nömrəli məktəb-liseyin biologiya müəllimi Nərgiz Mikayılova, 255 nömrəli tam orta məktəbin şagirdi Tahir Yaqubov, 72 nömrəli məktəb-liseyin şagirdi Bəhrəmov Emil, 78 nömrəli tam orta məktəbin şagirdi Şəfa İbrahimova və 112 nömrəli tam orta məktəbin şagirdi Əlizadə Dərya mövzu ilə əlaqədar olaraq hazırladıqları təqdimatlardan, elmi-məqalələrdən istifadə edərək çıxışlar etdilər. Konfransda 200-ə yaxın şəxs iştirak edirdi. #zərifəəliyeva
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi