“Kiçik Akademiya” rəhbərləri üçün təlimlər keçirildi

“Kiçik Akademiya” rəhbərləri üçün təlimlər layihəsinin həyata keçirilməsinin əsas məqsədi Akademiya rəhbərlərinin təlimlərə cəlb olunaraq “Kiçik Akademiya” daxilində icra olunan fəaliyyətin sistemli və düzgün həyata keçirə bilməsini təmin edə bilməkdir. Bu istedadlı şagirdlərin üzə çıxarılması və onlarla həyata keçirilən işlərin keyfiyyətinə birbaşa təsir göstərəcəkdir. İcra planına uyğun olaraq “Kiçik Akademiya” rəhbərlərinə təlimlər başlandı. 20.09-20.12.2019-cu il tarixdə 60 № -li məktəbdə Yasamal, Nərimanov, Binəqədi, Nəsimi və Səbail rayon ümumtəhsil məktəblərinin akademiya prezidentlərinə təlim keçirildi. Təlimi “Sabahın Alimləri” Respublika müsabiqəsinin Elmi Ekspertiza komitəsinin rəhbəri fizika üzrə fəlsəfə doktoru Samir Orucov apardı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi