Kiçik Akademiya

RƏSM MÜSABİQƏSİ KEÇİRİLİB8 may 2024 tarixində "Kiçik Akademiya" rəhbəri Tahirova Gülanə və Təsviri İncəsənət müəllimi Cavad müəllimin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş məktəbdaxili rəsm müsabiqəsi təşkil olundu. Şagirdlərin nümayiş etdirdikləri əl işləri böyük maraqla qarşılandı. Sonda şagirdlər göstərdiyi nailiyyətlərinə görə sertifikatla təltif olundular.

Ətraflı

“KİÇİK AKADEMİYA” KOMANDAMIZIN UĞURU“Heydər Əliyev İli”nə həsr olunmuş "Kiçik Akademiya" üzvlərinin I ümumşəhər konfransına hazırlıq görüşü keçirilib. Sabunçu rayonu ümumi təhsil müəssisələri üzrə “Kiçik Akademiya” üzvlərinin iştirak etdiyi rayon konfrasında 47 məktəbdən 39 məktəb iştirak edib. Konfransda 90 nömrəli məktəbin "Kiçik Akademiya" komandası lll yerə layiq görülüb.

Ətraflı

"Kiçik Akademiya"ların I ümumşəhər konfransına hazırlıq görüşü“Heydər Əliyev İli”nə həsr olunmuş "Kiçik Akademiya" üzvlərinin I ümumşəhər konfransına hazırlıq görüşü keçirilib. Konfrans Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, məktəb direktorları, Sabunçu rayonu ümumi təhsil müəssisələri üzrə “Kiçik Akademiya” rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər. Rayon konfrasında 47 məktəbdən 39 məktəb iştirak edib. Konfransda 90 nömrəli məktəbin "Kiçik Akademiya" rəhbəri Gülanə Tahirova və üzvləri lll yerə layiq görülüb. BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsinin və şagirdlərdə tədqiqat işinə marağın artırılmasının qarşıya qoyulan əsas hədəflərdən olduğunu deyib, "Kiçik Akademiya"ların üzvlərinə fəaliyyətlərində uğurlar arzu edirik.

Ətraflı

"KİÇİK AKADEMİYA"LARIN YEKUN HESABAT KONFRANSISabunçu rayonu ümumtəhsil müəssisələri üzrə "Kiçik Akademiya"ların yekun hesabat konfransı təşkil olundu. Hesabat konfransında professor Hüseyn müəllim Əsgərov, məktəb direktorları, direktor müavinləri, KA rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər iştirak etdilər. Hesabat konfransında 5 saat ərzində 44 məktəbin tədqiqat işinə baxış oldu. Məktəbimizin 10 a sinif şagirdi Quluzadə Ayxan Kiçik Akademiya rəhbəri Ramilə Məmmədlinin rəhbərliyi altında “Nikola Tesla” haqqında təqdimatla çıxış etdi.

Ətraflı

UĞUR QAZANAN ŞAGİRDLƏRİMİZMəktəbin 11a sinif şagirdləri Kərimova İnci ,Rzayeva Fərqanə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya" tərəfindən keçirilən Sabunçu rayonu ümumtəhsil müəssisələrinin "Kiçik Akademiya"ları arasında Azərbaycan dili və ədəbiyyat, tarix kafedraları üzrə keçirilən "Əhməd Cavad yaradıcılığı və tarixdə rolu" adlı intellektual müsabiqədə fərqləndiklərinə görə sertifikatla təltif olunublar. Uğur qazanan şagirdləri təbrik edir ,yeni nailiyyətlər arzulayırıq.

Ətraflı

Müsabiqədə fərqlənən şagirdlərKiçik Akademiyanın Azərbaycan dili və tarix kafedraları üzrə 28 dekabr 2022-ci il tarixində keçirilən "Əhməd Cavad yaradıcılığı və tarixdə rolu" adlı intellektual müsabiqədə məktəbimizi təmsil edən 11a sinif şagirdləri Rzayeva Fərqanə və Kərimova İnci müsabiqədə esse yazısı üzrə maksimum bal toplayıb ,"Fərqlənmə diplomuna" layiq görülüblər. Şagirdləri təbrik edir ,uğurlar arzulayırıq.

Ətraflı

İntellektual müsabiqəDekabrın 28-i 2022-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə F-316 nömrəli əmrin II bəndini əsas tutaraq Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə "Kiçik Akademiya"ların Azərbaycan dili və ədəbiyyat, tarix kafedraları üzrə "Əhməd Cavad yaradıcılığı və tarixdə rolu" adlı intellektual müsabiqə təşkil olundu. Müsabiqədə 90 nömrəli məktəbin şagirdləri də iştirak edib. Müsabiqə başlamamışdan öncə Sabunçu rayonu Ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev müsabiqə İştirakçılarını salamlayaraq onlara uğurlar arzu etmişdir. Müsabiqə ərzində şagirdlərə Azərbaycan dili və ədəbiyyat üzrə 10 sual (5 qapalı, 5 açıq), tarix üzrə 10 sual (5 qapalı, 5 açıq) və sonda esse təqdim edilmişdir. Müsabiqədə ümumtəhsil müəssisələri üzrə 40-a yaxın məktəbdən 70-dən çox şagird komanda formatında iştirak etmişdir. Yekun nəticələrə əsasən I, II, III yerlər və fərqlənən məktəblər təyin olunacaqdır.

Ətraflı

ANIM GÜNÜNƏ HƏSR OLUNAN ELMİ KONFRANS26 sentyabr 2022-ci il tarixində məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “27 sentyabr Anım Günü və 8 Noyabr Zəfər günü ilə bağlı tədbirlər planı çərçivəsində” "Zəfər tariximiz şərəf tariximiz" mövzusunda tarix müəllimi Məhsəti Səfərinin təşkilatçılığı ilə elmi konfrans keçirilmişdir. Tədbiri çıxış nitqi ilə açan məktəb rəhbəri Svetlana Nəbiyeva konfrans iştirakçılarını salamlayaraq tədbirin təşkilini yüksək qiymətləndirmiş, konfransda məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın Tarix kafedrasının və məktəbin tarix müəllimlərinin vətənpərvərlik mövzusunda həyata keçirdikləri tədbirləri diqqətə çatdırmışdır.Direktor müavini Aygün Sadıqova Anım Gününün milli qürurumuzun başlanğıc günü olduğu bildirilib. Kitabxana müdiri Əzimova Minayə Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi hər zaman əziz tutulduğunu qeyd edib. Məktəbin tarix müəllimləri Səfəri Məhsəti,Mirzəyev Maqsud,Nağıyeva Solmaz,Bayramova Aynurə,Şahbazova Humay Qarabağ tarixi,münaqişənin kökləri və Vətən müharibəsi barədə ətraflı məlumatlar veriblər. Qeyd edək ki,konfrans materialları məqalələr toplusu şəklində çap olunmuşdur.

Ətraflı

Növbəti uğurSabunçu rayonu ümumi təhsil müəssisələri üzrə "Kiçik Akademiya"ların hesabat konfransı keçirilib. Paytaxtdakı 112 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçirilən konfranda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Ümumi sektorunun müdiri Sevinc Rəsulova, İnkişaf layihələri sektorunun baş məsləhətçisi Sevinc Əzimova, məktəb direktorları, “Kiçik Akademiya” rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər. Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev il ərzində “Kiçik Akademiya”nın gördüyü işlər, əldə edilən uğurlar və gələcək hədəflər haqqında məruzə edib. S.Şahverdiyev “Kiçik Akademiya”ların təşkil olunmasında əsas məqsədin yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarət olduğunu xatırladıb. 90 nömrəli tam orta məktəb istedadlı şagirdlərin üzə çıxarılması, ictimai layihələrdə fəal iştirakına təşəkkürnamə ilə təltif olunub.

Ətraflı

"Pİ" GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLİB14 mart tarixində 2022-ci il tarixdə məktəbdə Kiçik Akademiya çərçivəsində Riyaziyyat kafedrasının rəhbəri Xankişiyeva Mailə tərəfindən “Pi Günü” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə iştirakçılar həvəslə hazırladıqları təqdimatları nümayiş etdiriblər. Nümayiş olunan riyazi materiallar şagirdlərin marağına səbəb olub. Sonda məktəb rəhbəri Svetlana Nebiyeva çıxış edərək, şagirdlərə riyaziyyatı öyrənmənin vacib olduğunu, riyaziyyatın həyatımızdakı rolundan danışıb.

Ətraflı

FƏNN MÜSABİQƏLƏRİNİN HAZIRLIQ MƏRHƏLƏSİ KEÇİRİLİB11 mart tarixində Kiçik Akademiyanın olimpiadaya hazırlıq kafedrasının fəaliyyəti çərçivəsində məktəbdə VI-VII sinif şagirdləri arasında fənn müsabiqələrinə hazırlıq mərhələsi keçirilib . VI siniflər üçün riyaziyyat və informatika fənləri üzrə ,VII siniflər isə fizika, kimya və biologiya fənləri üzrə imtahanda iştirak edib.İmtahan məktəb rəhbəri Svetlana Nəbiyevanın nəzarəti ilə təşkil edilib. Sonda olimpiadanın yekun nəticələri fənn müəllimləri tərəfindən yoxlanaraq müəyyən edilib. Qeyd edək ki, müsabiqələrin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.

Ətraflı

STEAM fənni üzrə müsabiqə keçirilibBildiyimiz kimi Respublika Prezidenti İlham Əliyev 2022-ci ili "Şuşa ili" elan etmişdir. Məktəbimizdə Kiçik Akademiya tərəfindən "Şuşa ili"nə həsr olunmuş və STEAM fənninə inteqrasiya edilmiş müsabiqə təşkil olundu. Şagirdlər onlara verilmiş vaxt müddətində Tinkercad proqramında müxtəlif modellər hazırladılar.Baxmayaraq ki,STEAM məktəbimizdə 6-cı siniflərdə tədris olunur,yuxarı sinif şagirdləri də müsabiqədə böyük maraqla iştirak etdilər.Şagirdlərimizin hazırladıqları modellər mədəniyyətimizin beşiyi olan Şuşamızın əsrarəngiz gözəlliklərini tərənnüm edir və onların Tinkercad proqramında işləmək bacarığını yüksək səviyyədə nümayiş etdirir. Göndərilən işlər arasından 9a sinif şagirdi Əliyev Yusif 1-ci yerə, 7b sinif şagirdi Süleymanlı Məhəmməd 2-ci yerə,7b sinif şagirdi Orucov Məhəmməd 3-cü yerə layiq görüldülər. Bütün iştirakçılar məktəb rəhbəri Svetlana Nəbiyeva tərəfindən sertifikatlarla mükafatlandırıldılar. Qalib gələn şagirdlərimizə məktəbimizin STEAM müəllimi Ramilə Məmmədlinin Tinkercad proqramında hazırladığı mükafatlar təqdim edildi.

Ətraflı

Məntiq olimpiadasının qalibləri mükafatlandırılıbKiçik Akademiya riyaziyyat kafedrasının təşkilatçılığı ilə V-VI siniflər arasında keçirilən məntiq olimpiadasının qalibləri 6D sinif şagirdi Süleymanlı Aytən, 6A sinif şagirdi Piriyev Məhəmməd, 6A sinif şagirdi Niftəliyev Nadir yüksək nəticə əldə ediblər. Qalib şagirdlər məktəb rəhbəri Svetlana Nəbiyeva tərəfindən sertifikatlarla mükafatlandırılıb. Sonda qalib şagirdlər və müəllimləri ilə xatirə şəkili çəkilib.

Ətraflı

Məntiq olimpiadası keçirilib22 fevral tarixində məktəbdə Kiçik Akademiya riyaziyyat kafedrasının təşkilatçılığı ilə V-VI siniflər arasında məntiq olimpiadası keçirilib. Olimpiadanın təşkil olunmasında məqsəd hər il yaz aylarında keçirilən "Lütfi Zadə" adına məntiq olimpiadasına hazırlıq keçirtməkdir. V -VI sinif şagirdləri olimpiadada həvəslə iştirak ediblər. 6D sinif şagirdi Süleymanlı Aytən, 6A sinif şagirdi Piriyev Məhəmməd 100 bal, 6A sinif şagirdi Niftəliyev Nadir 90 bal nəticə əldə ediblər. Qalib şagirdlər məktəb rəhbəri Svetlana Nəbiyeva tərəfindən sertifikatlarla mükafatlandırılıb.

Ətraflı

MƏKTƏBDƏ ELMİ-KONFRANS KEÇİRİLİBMəktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın fəaliyyət planı çərçivəsində AMEA ilə mütəmadi əməkdaşlıq həyata keçirilir. Məqsəd məktəbdə Kiçik Akademiyaya daxil olan şagirdlərin elmi yeniliklərlə yaxından tanış olmaları, elmi-tədqiqat yönümlü fəaliyyətlərində onlara istiqamət verməkdir. Bu qəbildən olab silsilə təbirlərdən biri 11 fevral tarixində baş tutub.Məktəb rəhbəri Svetlana Nəbiyeva söz alaraq Kiçik Akademiyanın fəaliyyəti haqqında şagirdləri məlumatlandırıb. 90 saylı məktəb Kiçik Akademiya rəhbəri Ramilə Məmmədlinin təşkilatçılığı ilə AMEA Coğrafiya institutunun doktorantı,elmi işçisi, CİS layihə rəhbəri Elvin Soltanov məktəbə dəvət edilib, "CİS və onun tətbiq sahələri" mövzusunda elmi-konfrans keçirilib. Konfransda XXI əsrdə həyatımızın hər anına nüfuz etmiş CİS tətbiq sahələri haqqında verilən ətraflı məlumat şagirdlərin diqqətini çəkmiş,gənc alimimiz onları AMEA Coğrafiya institutuna ekskursiyaya dəvət etmişdir. Sonda Elvin Soltanovun müəllifi olduğu ,məktəblilər üçün faydalı olan stolustü xəritə toplusu xatirə olaraq imzalanıb.

Ətraflı

“20 YANVAR - AZADLIĞIMIZIN BAŞLADIĞI YER” MÖVZUSUNDA ELMİ SEMİNAR KEÇİRİLİBYanvarın 18-də 90 nömrəli məktəbdə fəaliyyət göstərən ''Kiçik Akademiya''nın Tarix kafedrasının təşəbbüsü ilə “20 Yanvar - Azadlığımızın başladığı yer” mövzusunda elmi seminar keçirilib. Konfransı giriş sözü ilə açan məktəb rəhbəri Svetlana Nəbiyeva 20 Yanvar faciəsinin tariximizin qəhrəmanlıq salnaməsinin parlaq nümunəsi olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycan min illərlə böyük mübarizə yolu keçib, lakin bu şanlı mübarizədə neçə-neçə şəhidlərimiz olub. 20 Yanvar şəhidləri də onların arasında yer alır. Tədbir 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.Daha sonra seminara qonaq qismində qatılan AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı mövzu ilə bağlı şagirdlər qarşısında geniş və maraqlı çıxış edib. O bildirdi ki,həmin dövrdə Ittifaq böhran keçirirdi, diqqəti başqa yerə yönəltmək üçün etnik münaqişələri alovlandırırdı.Qərbi azərbaycanlıların deportasiyası,Qarabağda baş verənlər sadəcə fikri yayındırmaq cəhdləri idi və azərbaycanlılar məsələni çox yaxşı anlayırdılar.Əslində Bakıda Moskva ilə Azərbaycan xalqının qarşıdurması yaşanırdı. Daha sonra Azərbaycan Dillər Universitetinin tələbəsi, gənc könüllü Səma Vahabzadə,11-c sinif şagirfi Alıyev Kənan,11-a sinif şagirdi Əliyeva Nəzrin mövzu ilə çıxış ediblər. Seminar şagirdlərin tarixçi- alimlə maraqlı diskussiya və müzakirələri fonunda yekunlaşıb.

Ətraflı

“Türk dünyasına baxış - Azərbaycan türk dünyasının incisi” adlı təqdimat  Sabunçu rayonu Mərkəz “Kiçik Akademiya”nın, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Kiçik Akademiya”ların Tarix və Coğrafiya kafedraları üzrə “Türk dünyasına baxış - Azərbaycan türk dünyasının incisi” adlı təqdimat müsabiqəsinin nəticələri bəlli olub.   Nəticələrə əsasən 28 və 113 nömrəli tam orta məktəblər I yer, 69,72,78,90,155,215 və 295 nömrəli tam orta məktəblər II yer, 67,75,94,96,112,128,187,305 və 310 nömrəli məktəblər III yerə , digər məktəblər isə fərqlənməyə layiq görülüb.      90 nömrəli tam orta məktəbin 8A sinif şagirdi Quluzadə Ayxan ll yerə layiq görülüb.     Qalib olan  şagirdləri təbrik edir, onlara uğurlar və müvəffəqiyyətlər arzulayırıq !

Ətraflı

“HEYDƏR ƏLİYEV VƏ ZƏFƏR TARİXİMİZ – ŞUŞA, LAÇIN” ADLI ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLİB 8 may tarixində Sabunçu rayonunun “Kiçik Akademiya”üzrə mərkəz məktəbinin, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Kiçik Akademiya”ların Humanitar bölmə, Coğrafiya kafedraları üzrə Microsoft Teams Platforması üzərindən “Heydər Əliyev və Zəfər Tariximiz – Şuşa, Laçın” adlı elmi-praktiki konfrans keçirilib.        Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra giriş sözü olaraq Sabunçu rayonunun “Kiçik Akademiya”üzrə mərkəz məktəbinin rəhbəri, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev çıxış edərək elmi-praktiki konfrans haqqında məlumat verib. Ardınca BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, BŞTİ-nin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, AzTU-nun Abituriyentlərlə və tələbələrlə iş üzrə sektorunun müdiri Əsmər Nəbiyeva çıxış edərək, öz dəyərli fikirlərini konfrans iştirakçıları ilə bölüşüblər. Konfransın gündəliyinə əsasən adları siyahıda qeyd olunan şəxslərin çıxışları baş tutub.      90 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Ramilə Məmmədli görüş zamanı təqdimatla çıxış edib. Həmçinin məktəb direktoru Yeganə Məhərrəmova və direktor müavini Svetlana Nəbiyeva da konfransda iştirak edib.

Ətraflı

AKADEMİK ZƏRİFƏ ƏLİYEVAYA HƏSR OLUMUŞ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLİBSabunçu Regional “Kiçik Akademiya”sının ,Yap Sabunçu Rayon Gənclər Birliyinin, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə 28.04.2021 tarixdə Microsoft Teams Platforması üzərindən “Zərifə Əliyeva – oftalmologiya elminin inkişafında müstəsna xidmətləri” adlı elmi-praktik konfrans keçirilib. Akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümü ilə əlaqədar keçirilən elmi-praktik konfransda məktəbimizin direktoru ,KA rəhbəri, müəllim və şagirdi iştirak edib. Elmi-praktik konfransda Zərifə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, görkəmli alimin həyat və yaradıcılığı barədə geniş məlumat verilib. Azərbaycan tibb elmində silinməz iz qoymuş akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, Azərbaycan və dünya oftalmologiya elminə verdiyi böyük töhfələrdən danışılıb. Qeyd edilib ki, böyük alim olmaqla yanaşı, qayğıkeş ana, nümunəvi həyat yoldaşı olan Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyətində ona hər zaman mənəvi dayaq olub. Konfransda Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub

Ətraflı

ŞAGİRDİMİZİN UĞURU     18 aprel 2021- ci il tarixdə Sabunçu Regional "Kiçik Akademiya"sının, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən "Nizami Gəncəvi İli"nin elan olunması ilə əlaqədar "Nizami Gəncəvi - dünya ədəbiyyatının incisi" adlı elmi-praktiki konfrans keçirilib. Konfransda 100 - ə yaxın müəllim, şagird , gənclər iştirak edib.    Sabunçu rayonu "Kiçik Akademiya"ların Humanitar bölmələri üzrə təşkil olunan "Nizami Gəncəvi - dünya ədəbiyyatının incisi" adlı elmi-məqalə müsabiqəsinin şagirdlər üzrə nominasiyasında fərqləndiyinə görə 90 nömrəli tam orta məktəbin 9A sinif şagirdi Əliyeva Süsənbər sertifikat ilə təltif olunub.       Şagirdimizi uğurlarına görə təbrik edir, ona daim yüksək nəticələr arzulayırıq!

Ətraflı

Şagirdimiz “Sağlam həyat tərzi ” mövzusunda layihə hazırlayıbSabunçu rayonu “Kiçik Akademiya”ların Biologiya kafedraları üzrə Vl-lX sinif şagirdləri arasında tədqiqat yönümlü layihə müsabiqəsində iştirak edən şagirdimiz sertifikatla təltif olunub. Rixard Zorge adına 90 saylı tam orta məktəbin Şəhid Xəyal Məmmədov adına 6E sinif şagirdi Sərkərova Zəhra “Sağlam həyat tərzi ” mövzusunda tədqiqat yönümlü layihə hazırlayıb. Şagirdimiz layihədə sağlam həyat tərzi keçirmək üçün vacib olan başlıca şərtlər haqqında geniş məlumatlar verib. Həmçinin şəxsi gigiyena qaydalarından, ətraf mühitin qorunması və zərərli vərdişlərdən uzaq olmaq haqqında fikirlərini təqdim edib. Layihə maraqla qarşIanıb.

Ətraflı

8B sinif şagirdi Yaqubzadə Zöhrə sertifikartla təltif edilibRixard Zorge adına 90 saylı tam orta məktəbin 8B sinif şagirdi Yaqubzadə Zöhrə Sabunçu rayonu “Kiçik Akademiya”ların Biologiya kafedraları üzrə təşkil olunan layihə müsabiqəsində sertifikatla təltif olunub. “Mikroorqanizmlər və oların ətraf mühitlə əlaqəsi “ ; “Mikroorqanizmlərin doğurduğu mühüm biokimyəvi proseslər” mövzusunda hazırlanan layihədə müxtəlif məlumatlar öz əksini tapıb. Layihənin keçirilməsində əsas məqsəd məktəblərdə "Kiçik Akademiya"ların bölmələr , kafedralar üzrə işlərin düzgün aparılması, genişləndirilməsidir. Qalib olan şagirdimizi təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik !

Ətraflı

İNTELLEKTUAL OLİMPİADA 25 dekabr 2019-cu il tarixdə  "Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr olunmuş Sabunçu rayonu "Kiçik Akademiya"ları arasında "İntellektual Olimpiada"nın final turu keçirilib.  Məktəbimizin  "Ziya" komandası olimpiadada uğurla iştirak edib və 90 nömrəli tam orta məktəb fərqlənən məktəblər siyahında olub. Komandamızın üzvləri sertifikatlarla mükafatlandırılıb. Şagirdlərimizə təhsil həyatında uğurlarının davamlı olmasını arzu edirik!

Ətraflı

"Kiçik Akademiya" Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı təqdimat hazırladıDekabrın 12-si xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. 11.12.2019 tarixində məktəbimizdə "Kiçik Akademiya" üzvləri tərəfindən Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı təqdimat nümayiş olunub. Tədbirdə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Təqdimatda dünya şöhrətli siyasi xadim, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, xalqımızın tarixindəki misilsiz xidmətləri öz əksini tapıb. Dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsildə də böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb.

Ətraflı

" Kİçik Akademiya" rəhbərləri üçün təlimlərMəktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Teymurlu Südabə "Kİçik Akademiya" rəhbərləri üçün təlimlər layihəsində müvəffəqiyyətlə iştirak edib. 20 sentyabr -20 dekabr 2019-cu il tarixində keçirilən təlimlərdə 90 nömrəli tam orta məktəbin müəllimi Teymurlu Südabə sertifikatla təltif edilib.

Ətraflı

"Kiçik Akademiya" üzvləri arasında tədqiqatçılıq müsabiqəsi"Kiçik Akademiya" üzvləri arasında tədqiqatçılıq müsabiqəsinin F-426 nömrəli əmrinə əsasən 03.12.2019 tarixində "Kiçik Akademiya"nın üzvləri arasında tədqiqatçılıq müsabiqəsinin məktəbdaxili mərhələsi keçirilib. Şagirdlər təqdimatlarını nümayiş etdiriblər. Müsabiqədə 9C sinif şagirdi Mirzəli Cəlal qalib olub. "Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri " mövzusunda hazırlanan təqdimat maraqla qarşılanıb və növbəti mərhələyə uğur qazanıb.

Ətraflı

Kiçik Akademiyada təqdimatlatlar nümayiş olundu. Kiçik Akademiyanın yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən və bu sahədə öz bacarıqlarından istifadə etməyi bacaran və digərlərindən fərqlənən istedadlı şagirdlərin aşkarlanmasında çox böyük rolu var. Kiçik Akademiyanın fəaliyyəti çərçivəsində may ayının 24 - də Kiçik Akademiyanin texniki bölməsinin informatika-riyaziyyat fənləri üzrə "Evklid", "Rəqəmlərin tarixi", "Pifaqor Nəzəriyyəsi", "Kompüter qurğuları" və "Kompüter rəqəmləri haqqında"  maraqlı təqdimatlar nümayiş olundu.

Ətraflı

Kiçik Akademiyanın növbəti seminarı keçirildi.  Mayın 17-də Kiçik Akademiyanın "Təbiət" bölməsi üzrə hazırlannmış təqdimatlar numayiş olundu. Seminarda Məmmədzadə Xəyalə "İnsanın sinir sisteminin təkamülü və quruluşu", Zərgərov Kamil "Gen mühəndisliyi", İsayeva Məryəm isə "Azərbaycanda Talassemiya xəstəliyi" haqqında maraqlı məlumatar verdilər.

Ətraflı

Kiçik Akademiyanın seminarı keçirildi.Mayın 15-də Kiçik Akademiyanın "Təbiət" bölməsinin kimya istiqaməti üzrə seminar təşkil olundu. Seminarda Əzizli Şəhla "Xlorid turşusu", Xəlilli Sevil "Qələvi metallar", Əkbərova Aytac isə "Oksigen" mövzusu haqqına maraqlı çıxışlar etdilər.

Ətraflı

Kiçik Akademiyanın təqdimatı keçirildiAprelin 24- də məktəbdə Kiçik Akademiyanın təqdimatı keçirildi. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri Akademiyanın prezidenti Südabə Teymurlu açıq elan etdi. Təqdimat hümanitar bölmə üzrə keçirildi. 9"A"sinif şagirdləri Əliyeva Sinə "II Dünya müharibəsi", Ağazadə Təhminə isə "I Qarabağ müharibəsi",haqqında apardıqları araşdırmalardan danışdılar.

Ətraflı

Kiçik Akademiyanın təqdimatı keçirildiAprelin 20 - də məktəbdə Kiçik Akademiyanın təqdimatı keçirildi. Təqdimat hümanitar bölməsinin ingilis dili kafedrası üzrə təşkil olunmuşdu. Mirəli Cəlil "Ətraf mühit" mövzusunda apardığı araşdırmalar haqqında ingilis dilində maraqlı təqdimat nümayiş etdirdi.

Ətraflı

Kiçik Akademiyanın iclasıAprelin 15 - də məktəbin Kiçik Akademiyanın pezidenti Südabə Teymurlunun təşkilatçılığı ilə Kiçik Akademiyanın üzvlərinin növbəti iclası keçirildi. Məktəbin direktoru, təlim - tərbiyə işləri üzrə direktor müavini, bölmə rəhbərləri və üzvlərinin iştirakı ilə keçirilən İclasda təklif olunan mövzular müzakirə olundu, seminarların tarixləri müəyyən edildi və bölmələr üzrə tapşırıqlar verildi.

Ətraflı

Kiçik Akademiya yaradıldıAprelin 10-da məktəbdə Kiçik Akademiya yaradılması üçün təsis konfransı keçirildi. Konfransda məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etdilər. Məktəbin direktoru Yasin Quliyev və təlim-tərbiyə işləri üzrə direktor müavini Svetlana Nəbiyeva iştirakçıları Kiçik Akademiyanın əsasnaməsi ilə tanış edərək onun məktəbdə əhəmiyyətindən, şagirdlərin elmi-tədqiqat işlərinə cəlb edilməsi üçün əhəmiyyətindən danışdılar. Konfransda Kiçik Akademiyanın yaradılması elan olundu,tərkibi açıq səsvermə yolu ilə seçildi.

Ətraflı
HAQQIMIZDA

               2019-cu ildə Bakı Şəhəri Sabunçu Rayonu Rixard Zorge adına  90 nömrəli tam orta məktəbin...

BİZİM FƏXRLƏRİMİZ

Hüseyn Bayramov Bəhmən

Əli Zülfüqarov Rauf

HAQQIMIZDA

               2019-cu ildə Bakı Şəhəri Sabunçu Rayonu Rixard Zorge adına  90 nömrəli tam orta məktəbin...

BİZİM FƏXRLƏRİMİZ

Hüseyn Bayramov Bəhmən

Əli Zülfüqarov Rauf

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi