Məntiq olimpiadası keçirilib

22 fevral tarixində məktəbdə Kiçik Akademiya riyaziyyat kafedrasının təşkilatçılığı ilə V-VI siniflər arasında məntiq olimpiadası keçirilib. Olimpiadanın təşkil olunmasında məqsəd hər il yaz aylarında keçirilən "Lütfi Zadə" adına məntiq olimpiadasına hazırlıq keçirtməkdir. V -VI sinif şagirdləri olimpiadada həvəslə iştirak ediblər. 6D sinif şagirdi Süleymanlı Aytən, 6A sinif şagirdi Piriyev Məhəmməd 100 bal, 6A sinif şagirdi Niftəliyev Nadir 90 bal nəticə əldə ediblər. Qalib şagirdlər məktəb rəhbəri Svetlana Nəbiyeva tərəfindən sertifikatlarla mükafatlandırılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi