ANIM GÜNÜNƏ HƏSR OLUNAN ELMİ KONFRANS
26 sentyabr 2022-ci il tarixində məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “27 sentyabr Anım Günü və 8 Noyabr Zəfər günü ilə bağlı tədbirlər planı çərçivəsində” "Zəfər tariximiz şərəf tariximiz" mövzusunda tarix müəllimi Məhsəti Səfərinin təşkilatçılığı ilə elmi konfrans keçirilmişdir.
Tədbiri çıxış nitqi ilə açan məktəb rəhbəri Svetlana Nəbiyeva konfrans iştirakçılarını salamlayaraq tədbirin təşkilini yüksək qiymətləndirmiş, konfransda məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın Tarix kafedrasının və məktəbin tarix müəllimlərinin vətənpərvərlik mövzusunda həyata keçirdikləri tədbirləri diqqətə çatdırmışdır.Direktor müavini Aygün Sadıqova Anım Gününün milli qürurumuzun başlanğıc günü olduğu bildirilib. Kitabxana müdiri Əzimova Minayə Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi hər zaman əziz tutulduğunu qeyd edib. Məktəbin tarix müəllimləri Səfəri Məhsəti,Mirzəyev Maqsud,Nağıyeva Solmaz,Bayramova Aynurə,Şahbazova Humay Qarabağ tarixi,münaqişənin kökləri və Vətən müharibəsi barədə ətraflı məlumatlar veriblər.
Qeyd edək ki,konfrans materialları məqalələr toplusu şəklində çap olunmuşdur.