"Kiçik Akademiya"ların I ümumşəhər konfransına hazırlıq görüşü
“Heydər Əliyev İli”nə həsr olunmuş "Kiçik Akademiya" üzvlərinin I ümumşəhər konfransına hazırlıq görüşü keçirilib.
Konfrans Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, məktəb direktorları, Sabunçu rayonu ümumi təhsil müəssisələri üzrə “Kiçik Akademiya” rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər.
Rayon konfrasında 47 məktəbdən 39 məktəb iştirak edib. Konfransda 90 nömrəli məktəbin "Kiçik Akademiya" rəhbəri Gülanə Tahirova və üzvləri lll yerə layiq görülüb. BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsinin və şagirdlərdə tədqiqat işinə marağın artırılmasının qarşıya qoyulan əsas hədəflərdən olduğunu deyib, "Kiçik Akademiya"ların üzvlərinə fəaliyyətlərində uğurlar arzu edirik.