HAQQIMIZDA

               2019-cu ildə Bakı Şəhəri Sabunçu Rayonu Rixard Zorge adına  90 nömrəli tam orta məktəbin iki korpusu (1939-cu və 2002-ci illərdə inşa edilən) sökülərək, onların yerində 960 şagird yerlik yeni korpus tikilib.

Məktəbin müasir tədris avadanlığı ilə təchiz olunan yeni korpusunda 40 sinif, 2 informatika, 4 əmək təlimi otağı, hərbi, musiqi kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, kitabxana, idman və akt zalları, 2 yeməkxana yaradılıb. Bu təhsil ocağında 2006-cı ildə inşa edilən 288 şagird yerlik tədris korpusu və idman zalı da əsaslı təmir edilib.

90 nömrəli tam orta məktəb üçün yeni qazanxana, nasosxana, hər birinin tutumu 100 kubmetr olan 2 yeraltı su anbarı inşa edilib, həyətyanı sahədə abadlaşdırma, işıqlandırma və yaşıllaşdırma işləri görülüb.

Məktəbdə 2652 şagirdin təlim-tərbiyəsi ilə 112 müəllim məşğul olur. Şagirdlər daim psixoloq nəzarəti altındadır. Onların sağlamlığına məktəbin tibb bacısı nəzarət edir. Məktəb kitabxanasında işlər müasir tələblərə uyğun təşkil edilib. Kitabxanada oxu zalı yaradılıb.

Hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlər də qənaətbəxşdir. Təhsilin məzmun və keyfiyyətinin artırılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Metodik işlərin səviyyəsi artırılır, açıq dərslər və qarşılıqlı dərs dinləmələri təşkil edilir, “Dəyirmi masa”lar və görüşlər keçirilir. Milli kurikulumun tətbiqi ilə əlaqədar olaraq müəllimlərin xüsusi təlimlərdən keçmələri təmin edilir. Müəllimlərin kurikulum ilə işləmə prinsipi, yeni metod va texnologiyaların yaradıcı şəkildə tətbiqi ilə bağlı məsuliyyətləri artırılır.

Məktəb rayon, şəhər və respublika səviyyələrində keçirilən müxtəlif tədbir və yarışlarda uğurla iştirak edərək yüksək nəticələr əldə edir. Məktəbin şagirdlərinin Bakının görməli və tarixi yerlərinə (vətənpərvərlik abidələrinə, muzeylərə, teatrlara, zooparka, botanika bağına və s.) ekskursiyaları təşkil olunur.

Məktǝbin idarə olunmasında valideyn və şagird kollektivi də yaxından iştirak edir. Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən məktəbdə müxtəlif təmayül sinifləri yaradılıb.

Məktəbdə məktəbəhazırlıq qrupları faaliyyət göstərir. Məktəbdə sağlam mənəvi-psixoloji mühit yaradılıb. Bu da təhsilin keyfiyyətinin artırılmasına müsbət təsir göstərir.

Məktəbimiz 2020-ci ildən "Rəqəmsal bacarıqlar" layihəsinə qoşulub. Bu layihə III- lX siniflərdə tətbiq olunur. 2021-ci ildən məktəb STEAM layihəsinə qoşulub. STEAM layihəsi V və VIIl siniflər üzrə tətbiq olunur.

" 15 may- Beynəlxalq Ailə Günü" nə həsr olumuş "Xoşbəxt və möhkəm ailə - sağlam cəmiyyət" adlı ədəbi-bədii tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkürnamə ilə ,"28 may-Müstəqillik günü"nə həsr olunmuş 2006-2008-ci il təvəllüdlü oğlanlar arasında keçirilən voleybol üzrə turnirdə III yeri tutduğuna görə diplomla , İstedadlı şagirdlərin üzə çıxarılması, ictimai layihələrdə fəal iştirakına təşəkkürnamə ilə, "26 Fevral-Xocalı soyqırımı" na həsr olunmuş 2007-ci il təvəllüdlü oğlanlar arasında voleybol turnirini yüksək səviyyədə təşkil etdiyinə görə diplomla, "Bahar çələngi" adlı xonça sərgisində iştirak etdiyinə görə sertifikatla, Novruz bayramına həsr olunmuş müəllimlər arasında voleybol turnirində l yer üzrə diplomla, Sabunçu rayonu məktəbləri arasında Stritbol üzrə turnirdə lll yer üzrə diplomla , 21.11.2023-22.11.2023-cü il tarixlərdə Bakı şəhəri Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə Heydər Əliyev İlinə həsr olunmuş I ümumşəhər konfransına hazırlıq məqsədilə KA üzvləri arasında keçirilən rayon konfrasında lll yer diplomla, 8 Noyabr Zəfər Gününə həsr olunmuş 2007-2008 təvəllüdlü şagirdlər arasında voleybol turnirində ll yer üzrə diplomla təltif olunub.

2022-2023-cü tədris ilinin nəticələrinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəbimiz "Ən yaxşı məktəb saytı" müsabiqəsinin qalibi seçilərək diplomla təltif olunub. 

Şagirdlərimiz beynəlxalq bilik yarışlarında uğurla iştirak edir. Məktəbin 8a sinif şagirdi Nigar İsmayılova SASMO (Singapore and Asian Schools Math Olympiad) Beynəlxalq Olimpiada mərkəzinin keçirdiyi Beynəlxalq Riyaziyyat Olimpiadasında II yeri tutub və gümüş medal , sertifikatla mükafatlandırılıb. Həmçinin məktəbin 4b sinif şagirdi Hüseyn İsmayılzadə isə lll yerə çıxaraq bürünc medal və sertifikatla təltif olunub. 6d sinif şagirdi Babayev Heydər American Math Olympiad (AMO)da gümüş medal qazanıb , 4a sinif şagirdi İsmayılova Əsmər AMO- da bürünc medal qazanıb diplomla mükafatlandırılıb. 9e sinif şagirdi Sərkərova Zəhra Sakin qızı Kopernik Beynəlxalq Riyaziyyat olimpiadasında iştirak edərək qaliblər arasında yer alıblar. Şagirdimiz bürünc medal və sertifikatla təltif olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi