FƏXRİMİZ

  Rixard Zorge 4 oktyabr 1895-ci ildə Bakının Sabunçu  qəsəbəsində neftçi texnik Adolf Zorgenin ailəsində doğulub.

 R.Zorge 3 yaşında, yəni 1898-ci ildə ailəsi ilə birlikdə Almaniyaya qayıdıb. O, 1914-cü ildə alman ordusuna çağrılıb və həmin vaxtdan 1918-ci ilə kimi həmin ordunun tərkibində vuruşub. Zorge Ramzay ləqəbindən istifadə edib.

1916-cı ildə Birinci Dünya Müharibəsi cəbhələrinin birində yaralanaraq arxa cəbhəyə göndərilib. Hospitalda müalicə olunarkən Karl Marksın əsərlərini oxumağa başlayır. Həyatının bu dövründə kommunist fəlsəfəsi ilə daha yaxından tanış olur və müalicə aldığı xəstəxanada çalışan bir tibb bacısının atası vasitəsi ilə kommunist hərəkatına qoşulur. Zorgenin müharibə həyatının qalan hissəsi Almaniyanın Kiel, Berlin və Hamburq kimi şəhərlərdə iqtisadiyyat üzrə təhsil almaqla keçir. 1919-cu ilin avqust ayında Zorge Siyasi elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini alır.

R.Zorge 1917-1919-cu illərdə Müstəqil Sosial-Demokrat, 1919-cu ildən etibarən Alman Kommunist Partiyasının üzvü olub. O, 1919-cu ildə Hamburq Universitetini bitirərək bir müddət pedaqogika və jurnalistika sahəsində də fəaliyyət göstərib.

1920-1923-cü illərdə Almaniyanın Axen, Vuppertal və Remşeyd şəhərlərində kommunist ideologiyasının təbliğinə rəhbərlik edən Zorge həm də Zolingen şəhərində partiya qəzetinin redaktoru olub.

1924–cü ildə Zorge Moskva şəhərinə gedir. 1929-cu ildə Zorgeyə Qızıl Ordunun dördüncü bölməsində kəşfiyyat işi verilir. Onun buradakı əsas vəzifəsi SSRİ-ni maraqlandıran xarici kəşfiyyat məlumatlarının toplanması və zamanında ötürülməsi idi.

1930-cu ildə Zorge Şanxay şəhərinə göndərilir. O, burada qəzetin xüsusi müxbiri və araşdırmaçı əməkdaşı kimi fəaliyyət göstərməkdə idi. Jurnalist kimi Çində fəaliyyət göstərdiyi müddət ərzində ölkənin kənd təsərrüfatı və mədəniyyəti ilə maraqlanmağa başlayır. Zorgenin əsas xüsusiyyətlərindən biri getdiyi Asiya  ölkələrin də  yerli  əhalinin dilini öyrənməyə cəhd etməsi idi. Çin və Yaponiyada kəşfiyyat əməliyyatlarında olduğu zaman buna cəhd etsə də həmin dilləri öyrənə bilməmişdir.

 1933-1934-cü illər ərzində Yaponiyada Zorge tərəfindən xəfiyyə şəbəkəsi yaradılır. Zorgenin nəzarəti altında işləyən xəfiyyələrin dövlətə yaxın olan bürokratlarla sağlam münasibətləri vardı və bu münasibətlər zaman-zaman bəzi dəyərli məlumatların əldə edilməsində həlledici rol oynamışdır.

1937-ci ildə SSRİ daxilində repressiya dalğasının başlanması Zorgeni seçim qarşısında qoyur. Xəfiyyə anlayır ki, SSRİ-yə qayıdandan sonra satqın damğası ilə güllələnəcək. Bu səbəbdən edilən bütün təkliflərə və tələbələrə baxmayaraq  Zorge Yaponiyada qalıb sovetlər üçün işləməyə qərar verir.

1941-ci ildə bir casusun həbs olunması və dindirilməsi zamanı Yaponiyada fəaliyyət göstərən böyük bir sovet casusluq şəbəkəsi ortaya çıxarılmış olur. Rixard Zorge 1941-ci ilin 18 oktyabrında Tokioda həbs olundu. Barəsində həbs qərarı çıxarılan Zorge Suqamo həbsxanasına göndərilir. Ağır işgəncələr altında Zorge xəfiyyə olduğunu etiraf etsə də SSRİ üçün işlədiyini inkar etdi. Yaponiya SSRİ-yə etdiyi müraciətdə sovetlərin əllərində olan yapon cəsuslarını Zorge ilə dəyişməyə hazır olduqlarını bildirdilər. SSRİ tərəfindən verilən cavabda isə Rixard Zorge adlı birinin onlara məlum olmadığı bildirilir.

Rixard Zorge saxlanıldığı həbsxanada 1944-cü ilin 7 noyabr tarixində öldürülür.

Rixard Zorgenin xatirəsinin əziz tutulduğu ölkələrdən biri də Azərbaycandır. Xəfiyyənin 1895-ci ilin 4 oktyabr tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olması və sonrakı illərdə özü tərəfindən yazılan xatirələrində Azərbaycanı xatırlaması faktı da sözügedən münasibətlərin köklərindən xəbər verir.

XX əsrin ən güclü xəfiyyələrindən biri olan Zorgenin xatirəsinin əbədiləşdirilməsi istiqamətində istər Azərbaycan SSR dönəmində, istərsə də Azərbaycan Respublikası dönəmində bir sıra addımlar atılıb.

 1981-ci ildə Bakıda heykəltəraş V. Siqal və arxitektor Mikayıl Useynov tərəfindən Rixard Zorgenin xatirə memarlıq kompleksi inşa edilir.  Kompleksə daxil olan heykəl mərkəzdə yerləşməkdədir. Bakının Nəsimi rayonu ərazisində xəfiyyənin adını daşıyan küçə də mövcuddur.

Bakı şəhəri 90 nömrəli tam orta məktəbə Rixard Zorgenin adı verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi