Növbəti uğur
Sabunçu rayonu ümumi təhsil müəssisələri üzrə "Kiçik Akademiya"ların hesabat konfransı keçirilib.
Paytaxtdakı 112 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçirilən konfranda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Ümumi sektorunun müdiri Sevinc Rəsulova, İnkişaf layihələri sektorunun baş məsləhətçisi Sevinc Əzimova, məktəb direktorları, “Kiçik Akademiya” rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər.
Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev il ərzində “Kiçik Akademiya”nın gördüyü işlər, əldə edilən uğurlar və gələcək hədəflər haqqında məruzə edib. S.Şahverdiyev “Kiçik Akademiya”ların təşkil olunmasında əsas məqsədin yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarət olduğunu xatırladıb.
90 nömrəli tam orta məktəb istedadlı şagirdlərin üzə çıxarılması, ictimai layihələrdə fəal iştirakına təşəkkürnamə ilə təltif olunub.