FƏNN MÜSABİQƏLƏRİNİN HAZIRLIQ MƏRHƏLƏSİ KEÇİRİLİB
11 mart tarixində Kiçik Akademiyanın olimpiadaya hazırlıq kafedrasının fəaliyyəti çərçivəsində məktəbdə VI-VII sinif şagirdləri arasında fənn müsabiqələrinə hazırlıq mərhələsi keçirilib .
VI siniflər üçün riyaziyyat və informatika fənləri üzrə ,VII siniflər isə fizika, kimya və biologiya fənləri üzrə imtahanda iştirak edib.İmtahan məktəb rəhbəri Svetlana Nəbiyevanın nəzarəti ilə təşkil edilib. Sonda olimpiadanın yekun nəticələri fənn müəllimləri tərəfindən yoxlanaraq müəyyən edilib.
Qeyd edək ki, müsabiqələrin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.