"Kiçik Akademiya" Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı təqdimat hazırladı

Dekabrın 12-si xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. 11.12.2019 tarixində məktəbimizdə "Kiçik Akademiya" üzvləri tərəfindən Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı təqdimat nümayiş olunub. Tədbirdə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Təqdimatda dünya şöhrətli siyasi xadim, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, xalqımızın tarixindəki misilsiz xidmətləri öz əksini tapıb. Dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsildə də böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi