AKADEMİK ZƏRİFƏ ƏLİYEVAYA HƏSR OLUMUŞ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLİB
Sabunçu Regional “Kiçik Akademiya”sının ,Yap Sabunçu Rayon Gənclər Birliyinin, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə 28.04.2021 tarixdə Microsoft Teams Platforması üzərindən “Zərifə Əliyeva – oftalmologiya elminin inkişafında müstəsna xidmətləri” adlı elmi-praktik konfrans keçirilib.
Akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümü ilə əlaqədar keçirilən elmi-praktik konfransda məktəbimizin direktoru ,KA rəhbəri, müəllim və şagirdi iştirak edib.
Elmi-praktik konfransda Zərifə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, görkəmli alimin həyat və yaradıcılığı barədə geniş məlumat verilib. Azərbaycan tibb elmində silinməz iz qoymuş akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, Azərbaycan və dünya oftalmologiya elminə verdiyi böyük töhfələrdən danışılıb. Qeyd edilib ki, böyük alim olmaqla yanaşı, qayğıkeş ana, nümunəvi həyat yoldaşı olan Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyətində ona hər zaman mənəvi dayaq olub.
Konfransda Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub