MƏKTƏBDƏ ELMİ-KONFRANS KEÇİRİLİB

Məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın fəaliyyət planı çərçivəsində AMEA ilə mütəmadi əməkdaşlıq həyata keçirilir. Məqsəd məktəbdə Kiçik Akademiyaya daxil olan şagirdlərin elmi yeniliklərlə yaxından tanış olmaları, elmi-tədqiqat yönümlü fəaliyyətlərində onlara istiqamət verməkdir. Bu qəbildən olab silsilə təbirlərdən biri 11 fevral tarixində baş tutub.Məktəb rəhbəri Svetlana Nəbiyeva söz alaraq Kiçik Akademiyanın fəaliyyəti haqqında şagirdləri məlumatlandırıb. 90 saylı məktəb Kiçik Akademiya rəhbəri Ramilə Məmmədlinin təşkilatçılığı ilə AMEA Coğrafiya institutunun doktorantı,elmi işçisi, CİS layihə rəhbəri Elvin Soltanov məktəbə dəvət edilib, "CİS və onun tətbiq sahələri" mövzusunda elmi-konfrans keçirilib. Konfransda XXI əsrdə həyatımızın hər anına nüfuz etmiş CİS tətbiq sahələri haqqında verilən ətraflı məlumat şagirdlərin diqqətini çəkmiş,gənc alimimiz onları AMEA Coğrafiya institutuna ekskursiyaya dəvət etmişdir. Sonda Elvin Soltanovun müəllifi olduğu ,məktəblilər üçün faydalı olan stolustü xəritə toplusu xatirə olaraq imzalanıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi