STEAM fənni üzrə müsabiqə keçirilib
Bildiyimiz kimi Respublika Prezidenti İlham Əliyev 2022-ci ili "Şuşa ili" elan etmişdir.
Məktəbimizdə Kiçik Akademiya tərəfindən "Şuşa ili"nə həsr olunmuş və STEAM fənninə inteqrasiya edilmiş müsabiqə təşkil olundu. Şagirdlər onlara verilmiş vaxt müddətində Tinkercad proqramında müxtəlif modellər hazırladılar.Baxmayaraq ki,STEAM məktəbimizdə 6-cı siniflərdə tədris olunur,yuxarı sinif şagirdləri də müsabiqədə böyük maraqla iştirak etdilər.Şagirdlərimizin hazırladıqları modellər mədəniyyətimizin beşiyi olan Şuşamızın əsrarəngiz gözəlliklərini tərənnüm edir və onların Tinkercad proqramında işləmək bacarığını yüksək səviyyədə nümayiş etdirir.
Göndərilən işlər arasından 9a sinif şagirdi Əliyev Yusif 1-ci yerə, 7b sinif şagirdi Süleymanlı Məhəmməd 2-ci yerə,7b sinif şagirdi Orucov Məhəmməd 3-cü yerə layiq görüldülər.
Bütün iştirakçılar məktəb rəhbəri Svetlana Nəbiyeva tərəfindən sertifikatlarla mükafatlandırıldılar. Qalib gələn şagirdlərimizə məktəbimizin STEAM müəllimi Ramilə Məmmədlinin Tinkercad proqramında hazırladığı mükafatlar təqdim edildi.