Nailiyyətlərimiz

Rəqiblərini mat qoyubBakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə respublikanın ümumtəhsil müəssisələrinin müəllimləri arasında keçirilmiş şahmat üzrə yarışlarda 236 nömrəli tam orta məktəbin şahmat müəllimi Şakir Quliyev qaliblər sırasında yer alıb. Məktəbin fiziki tərbiyə və şahmat müəllimi Şakir Quliyev rəqiblərini mat qoyaraq III yeri tutmaqla Fəxri fərman, medal və hədiyyələrlə təltif olunub. Onuda qeyd edək ki, keçirilən yarışların əsas məqsədi müəllimlərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliğidir.

"Gənc bioloqların yaradıcılıq müsabiqəsi"ndə fəal iştirak ediblərBakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında təşkil olunan "Gənc bioloqların yaradıcılıq müsabiqəsi"ndə məktəbin 11 "A" sinif şagirdi Məhərrəmli̇ Fi̇dan Nami̇q qızı, 9 "A" sinif şagirdi Alıyeva Lamiyə Samir qızı, 10 "Ç" sinif şagirdi Cəfərli Əli Gündüz oğlu fəal iştirak etdiklərinə görə sertikikatla təltif olunublar.

“Azerreyl” qalib gələrək birinciliyi əldə edibAprelin 16-sı Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “Dərnəgül” Voleybol Mərkəzində voleybol idman növü üzrə yarış keçirilib. “Azerreyl”, “Azercell”, “Abşeron”, “Lokomotiv” komandaları arasında kubok və birincilik medalı uğrunda qızğın mübarizə gedib. Yarışda məktəbin 11 "A" sinif şagirdi Qafarova Səmra Elçin qızı "Azerreyl" voleybol klubu Çempionlar Liqasının komandasını təmsil edib. İlk setdə "Azərreyl" - 3:1 hesabı ilə qalib gələrək birinciliyi əldə edib.

HAQQIMIZDA

    Bakı şəhəri 236 nömrəli tam orta məktə...

BİZİM FƏXRLƏRİMİZ

Kafiyyə Orucova Elçin

Xatirə Talıbova Xanlar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi