Nailiyyətlərimiz

ŞAGİRDLƏRİMİZ DAHA BİR UĞURA İMZA ATDILAROktyabrın 26-da məktəbin akt zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Bakı şəhər turnirinin final oyununun qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Səbail rayon İcra Hakimiyyəti və Səbail rayon Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak edib. Səbail rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Xasay Vəliyev tədbirdə çıxış edərək futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını bildirib, iştirakçılara gələcək yarışlarda uğurlar arzulayıb və qalib komandaya kubok və Fəxri fərman təqdim edərək qalibləri təbrik edib. Onu da qeyd edək ki, yarış Nərimanov rayonu ərazisində yerləşən Məktəb Lisey Kompleksinin mini-futbol meydançasında “18 oktyabr-Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş məhəllələrarası mini-futbol 2007-2008-ci il təvəllüdlü oğlanlar arasında təşkil olunmuşdur.

Şagirdlərimiz istedadlı və yaradıcı gənclərin III Respublika toplantısında iştirak edibOktyabrın 23-də “Fairmont Baku” otelində istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı keçirilib. Tədbirdə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Mötəbər tədbirdə məktəbin öz yaradıcılığı ilə fərqlənən istedadlı şagirdlərindən 9 "D" sinif şagirdi Cəmilə Hüseynzadə və 11 "A" sinif şagirdi Ləman Şabanova iştirak edib. Sonda respublikamızda istedadlı və yaradıcı gənclərin fəaliyyəti, bu sahədə keçirilən tədbirlərlə bağlı videoçarx nümayiş etdirilib.

Full kempo versiyası üzrə turnirin qalibi olubOktyabrın 21-i Bakı şəhər Gənclər və İdman Baş idarəsinin və "Atilla" İdman Klubunun birgə təşkilatçılığı ilə "Kempo" idman növünün Full Kempo versiyası üzrə "Dövlət Müstəqilliyi Günü"nə həsr olunmuş Kempo üzrə avrasiya çempionatı keçirilib. Yarışda 12-13 yaş təvəllüdlü idmançılar arasında 50 kiloqram çəki dərəcəsində mübarizə aparan məktəbin 8 "D" sinif şagirdi Əli Aydəmirov finalda bütün rəqiblərinə qalib gələrək  I yeri tutub. Əli Aydəmirov  təçkilatçı qurum tərəfindən birincilik medalı, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

HAQQIMIZDA

Bakı şəhəri 236 nömrəli tam orta məktəb 1966-cı ildən fəa...

BİZİM FƏXRLƏRİMİZ

Nüşabə Hümmətova Elvis

Türkən Həsənova Habil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi