“İSTEDADLI ŞAGİRD ÜÇÜN İSTEDADLI MÜƏLLİM” MÜSABİQƏSİNİN QALİBİ OLUB“Kapital Bank”ın baş sponsorluğu, Təhsil İnstitutunun təşkilatçılığı ilə riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilən “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsində məktəbin biologiya müəllimi Elnur Məmmədov yüksək nəticə ilə birinci yeri qazandığına görə təşkilatçı qurum tərəfindən pul mükafatı və diplomla təltif olunub.
HƏNDBOL ÜZRƏ TURNİRDƏ UĞURLA ÇIXIŞ EDİBLƏRMayın 10-da “ABU Arena”da Azərbaycan Həndbol Federasiyası və Səbail Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Səbail rayon məktəbliləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan həndbol turniri keçirilib.
İki gün davam edən turnirin finalında 236 nömrəli orta məktəbin şagirdləri yüksək bacarıq göstərərək II yerə layiq görülüblər.
Komanda üzvlərinə diplom, medal və hədiyyələr təqdim olunub.
FİNALA VƏSİQƏ QAZANDILARMayın 16-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib.
Müsabiqənin final mərhələsi ilə bağlı təşkil olunmuş tədbirdə Səbail rayonu üzrə 236 nömrəli tam orta məktəbin "Fenomen" adlı komandası iştirak edib və müsabiqənin final mərhələsində iştirak etmək hüququ qazanıblar.
"Fenomen" adlı komandanın üzvləri Zəhra Əbdülrəhimova, Möhsün Quluzadə və Əli Cəfərliyə finala vəsiqə qazandıqlarına görə sertifikatlar təqdim olunub.
Bakı şəhəri 236 nömrəli tam orta məktəb 1966-cı ildən fəa...