BEYNƏLXALQ REYTİNQLİ RAPİD TURNİRİNDƏ BİRİNCİ OLUBAzərbaycan Şahmat Federasiyasının dəstəyi ilə yaradılan “Məmmədyarovlar” şahmat məktəbində “Bahar 2022” adlı beynəlxalq reytinqli şahmat turniri keçirilib.
Yarışda məktəbin 5 “Ə” sinif şagirdi Paşam Əlizadə birinci yeri tutub. Ona şahmat məktəbinin diplom və kuboku təqdim olunub.
MƏNTİQ OLİMPİADASININ QALİBİ OLUBİyunun 23-də 2021-2022-ci tədris ilində keçirilən Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
5-ci sinif şagirdləri arasında keçirilən olimpiadada məktəbin 5 “Ə” sinif şagirdi Paşam Əlizadə üçüncü yeri tutduğuna görə müvafiq dərəcəli diplom və medalla təltif olunub.
RƏSM SƏRGİ-MÜSABİQƏSİNDƏ 1-Cİ YERİN QALİBİ OLUBAzərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Milli Kulinariya Mərkəzinin təşkilatçılığı və "Ofisait" mağazalarının sponsorluğu ilə Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illiyinə həsr olunmuş məktəblilər arasında “Azərbaycan Milli Mətbəxi” mövzusunda rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
"Azərbaycanın Milli Mətbəxi" adlı rəsm müsabiqəsi əsasən “Qarabağın elat mətbəxi”, “İrəvan xanlığının elat mətbəxi”, “Azərbaycan Milli Kulinariya Mərkəzi”, “Azərbaycan Milli Mətbəxi - Azərbaycan Milli Kulinariya Assosiasiyası” adlı mövzuları əhatə edib.
236 nömrəli tam orta məktəbin 2 “Ə” sinif şagirdi Aliyə Əliyeva “Qarabağın elat mətbəxi” mövzusu üzrə keçirilən rəsm sərgi-müsabiqəsində 1-ci yerin qalibi olub.
Aliyə mərkəzin baş direktoru Tahir Əmiraslanov tərəfindən diplomla təltif olunub. Eyni zamanda ona "OFİSAİT" mağazalar şəbəkəsi tərəfindən qiymətli hədiyyələr təqdim edilib.
Bakı şəhəri 236 nömrəli tam orta məktəb 1966-cı ildən fəa...