RİYAZİYYAT VƏ MƏNTİQ OLİMPİADALARINDA YÜKSƏK NƏTİCƏLƏR ƏLDƏ EDİBMəktəbin 4 “Ə” sinif şagirdi Həsən Ömər Qafur oğlu respublika üzrə keçirilən ən böyük riyaziyyat və məntiq olimpiadalarında yüksək nəticələr əldə edərək medal, diplom, sertifikat və qiymətli hədiyyələr qazanıb.
Ömər bu il Azərbaycan Respublikasının Təhsil Institutu tərəfindən keçirilən Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində də birinci yeri qazanaraq qızıl medala sahib olub.
ŞAHMATIN RAPİD NÖVÜ ÜZRƏ REYTİNQ TURNİRİNDƏ BİRİNCİ YERİ TUTUBGənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Heydər Əliyev adına İdman - Konsert Kompleksində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş şahmatın rapid növü üzrə reytinq turniri keçirilib.
Rapid yarışının birinci turunda məktəbin 7 “Ə” sinif şagirdi Paşam Əlizadə birinci yeri tutub.
BALACA GİMNASTIMIZ CƏMİLƏ XƏLİLOVANIN BÖYÜK UĞURLARIMəktəbin 1 “G” sinif şagirdi Cəmilə Xəlilova kiçik yaşlarından gimnastikaya maraq göstərib. Bu marağını görən valideynləri onu bədii gimnastikaya yönləndirib.
Hələ çox kiçik yaşlarından iştirak etdiyi bütün ölkə daxili yarışlarda parlaq çıxışları ilə fərqlənənən Cəmilənin böyük arzusu turnirlərdə Azərbaycan himninin sədaları altında üçrəngli bayrağımızı yüksəklərə qaldırmaqdır.
2017-ci il təvəllüdlü gimnastımız dəfələrlə yarışlarda birinci yer tutduğuna görə medal və diplomlarla təltif edilib.
Bakı şəhəri 236 nömrəli tam orta məktəb 1966-cı ildən fəa...