Nailiyyətlərimiz

GİMNASTLAR ARASINDA BİRİNCİ YER TUTUBNoyabrın 14-15-də Bakı Olimpiya İdman Kompleksində “Ocaq Sport” klubunun bədii gimnastika üzrə birinci açıq birinciliyi keçirilib. İki gün davam edən yarışda gimnastlar fərdi və qrup hərəkətləri proqramında çoxnövçülük üzrə çıxış ediblər. Məktəbin 4 “F” sinif şagirdi Fərəh Əhmədzadə 2012-ci il təvəllüdlü gimnastlar arasında birinci yer tutduğuna görə medal və diplomla təltif edilib.

VARŞAVADA CÜDO ÜZRƏ BİRİNCİLİK ƏLDƏ EDİBPolşanın paytaxtı Varşavada yeniyetmələr arasında cüdo üzrə yarış keçirilib. Belə ki, məktəbin 9 “H” sinif şagirdi Həsənli Polad Yusif oğlu yarışda birincilik əldə edərək diplom və medalla təltif olunub.

DÜNYA BİRİNCİLİYİNDƏ AZƏRBAYCAN ÖLKƏLƏR ARASINDA İLK BEŞLİKDƏ QƏRARLAŞIBMisirdə şahmat üzrə 8, 10 və 12 yaşlı oğlan və qızlar arasında dünya birinciliyi keçirilib. 80 ölkənin qatıldığı yarışda Azərbaycanı 12 şahmatçı təmsil edir ki, bunlardan biri də məktəbin 7 “Ə” sinif şagirdi Paşam Əlizadədir. Azərbaycan ölkələr arasında ilk beşlikdə qərarlaşıb.

HAQQIMIZDA

Bakı şəhəri 236 nömrəli tam orta məktəb 1966-cı ildən fəa...

BİZİM FƏXRLƏRİMİZ

Cavid Hüseynli Əsəd

Aqilə Hüseynova Təkmuraz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi