Nailiyyətlərimiz

AVROPA ÇEMPİONATINDA AERODANS PROQRAMINDA QALİBLƏR SIRASINDA OLUB24-26 may 2019-cu il tarixlərində Bakıda ilk dəfə olaraq Aerobika Gimnastikası üzrə Avropa Çempionatı keçirilib. 3 gün davam edən çempionatda aerobika gimnastları medallar uğrunda mübarizə apararaq, öz aralarında ən güclüləri müəyyənləşdirib. Çempionatda 22 ölkədən gimnastlar çıxış edib. Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında Azərbaycan komandası qızıl medal qazanıb. Aerodans proqramında çıxış edən gənclərdən ibarət Azərbaycan komandasında məktəbin keçən tədris ilinin məzunu Mədinə Mustafayeva uğurla çıxış edərək diplom və qızıl medala layiq görülüb.

“Azərbaycan Rəqs Açıq Kuboku 2019” da fəal iştirak ediblərDekabrın 8-də Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası təşkilatçılığı ilə Sərhədçi İdman Olimpiya Mərkəzində “Azərbaycan Rəqs Açıq Kuboku 2019” adlı rəqs müsabiqə keçirilib. Müsabiqədə məktəbin rus bölməsində təhsil alan 2 “E” sinif şagirdi Darya Podoqova və 3 “Ə” sinif şagirdi Artemiy Podoqov fəal iştirak edərək diplom və medalla təltif olunublar. Onu da qeyd edək ki, yarışda hip-hop, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriyental, hind və solo rəqslər nümayiş olunub.

Birincilik medali təqdim edilibNoyabrın 21-də Ağsu şəhərində start götürən “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə birinciliyinin final mərhələsi başa çatıb. Ağsu şahmat məktəbində 7 gün davam edən birinciliyin final mərhələsində 6 yaş qrupunda (6, 8, 10, 12, 14, 16 yaşadək oğlanlar və qızlar) 170 şahmatçı mübarizə aparıb. Noyabrın 27-də I, II və III yerləri tutan 36 nəfər (18 nəfər qız, 18 nəfər oğlan) qalib şahmatçının mükafatlandırılması mərasimi keçirilib. Şahmat yarışlarında daim öz rəqiblərini mat qoyan məktəbin üçüncü sinif şagirdi Paşam Əlizadə çempionluq uğrunda sona qədər mübarizə apararaq birinci yerə layiq görülüb. Paşam Əlizadəyə diplom, birincilik medalı və hədiyyələr verilib.

HAQQIMIZDA

Bakı şəhəri 236 nömrəli tam orta məktəb 1966-cı ildən fəa...

BİZİM FƏXRLƏRİMİZ

Xalid Məmmədli Ramiz

Nüsrət Bağırov Rafail

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi