Nailiyyətlərimiz

ESSE MÜSABİQƏSİNDƏ SERTİFİKATA LAYİQ GÖRÜLÜBQərbi Kaspi Universitetinin təşkilatçılığı ilə paytaxtın ümumi təhsil müəssisələrinin IX, X, XI sinif şagirdləri arasında şagirdlərin yazı bacarıqlarının inkişaf etdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə üç istiqamət üzrə-“Nitqin formalaşmasında bədii ədəbiyyatın rolu”, “Yeni nəslin bədii ədəbiyyat zövqü” və “Dilimizi bəsitləşdirən nitqlərimiz” mövzularında təşkil olunmuş esse müsabiqəsində məktəbin 9 "C" sinif şagirdi Oruclu Püstəxanım fəal iştirakına görə sertifikata layiq görülüb.

Fəxri Fərmanlarla təltif olunublarMəktəbin 3 “B” sinif şagirdi Mətin Əlizadə və 3 “A” sinif şagirdləri Arif Cabarov və Nurlan Quliyev Badamdar Qəsəbə Mədəniyyət Evində təşkil olunmuş 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən təntənəli tədbirdə nümayiş etdirdikləri rəqs nümunələrinə görə Səbail rayonunun Badamdar qəsəbəsindəki “N” saylı hərbi hissənin komandiri tərəfindən Fəxri Fərmanlarla təltif olunublar.

CÜDO ÜZRƏ AZƏRBAYCAN BİRİNCİLİYİNDƏ QALİBLƏR SIRASINDA OLUB“Sərhədçi” Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinin yarışı keçirilib. 80 klubdan 612 cüdoçunun mübarizə apardığı yarışda ikinci günün qalibləri məlum olub. Qaliblər arasında məktəbin 11 “Ç” sinif şagirdi Ruslan Nəsirli də olub. 90 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək birincilik qazanan Ruslan Nəsirli respublika çempionu adına layiq görülərək medal, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının diplomu təqdim olunub.

HAQQIMIZDA

Bakı şəhəri 236 nömrəli tam orta məktəb 1966-cı ildən fəa...

BİZİM FƏXRLƏRİMİZ

Ülkər Piriyeva Kamal

Jalə Hacıyeva İsa

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi