Boksçumuz beynəlxalq turnirdə birincilik əldə edibRusiyanın Saratov vilayətinin Marks şəhərində idman veteranı V.Q.Sosnerin xatirəsinə həsr olunmuş gənclər və yeniyetmələr arasında boks üzrə “B” kateqoriyalı beynəlxalq turnir təşkil olunub.
Beynəlxalq turnirdə 2003-2004-cü il təvəllüdlü yeniyetmə boksçular arasında 52 kq çəki dərəcəsində mübarizə aparan məktəbin 8 “D” sinif şagirdi Ehtiram Abdullayev bütün rəqiblərini məğlub edərək birincilik əldə edib.
Şahmat idman növü üzrə uğurlu nəticə qazanılıbAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən “Məktəblər arasında respublika çempionatı”nın rayondaxili mərhələsində şahmat idman növü üzrə keçirilən yarışda 236 nömrəli tam orta məktəbin komandası II yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub.
Fəal iştirakına görə "Şəhadətnamə" təqdim olunubOktyabrın 29-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında "Azərbaycan gəncləri narkotiklərə yox deyir" mövzusunda rəsm müsabiqəsi keçirilib.
Məktəbin 11 "A" sinif şagirdi Ləman Şabanovaya müsabiqədə fəal iştirakına görə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "Şəhadətnamə" təqdim olunub.
Bakı şəhəri 236 nömrəli tam orta məktəb 1966-cı ildən fəa...