Nailiyyətlərimiz

“Azerreyl” qalib gələrək birinciliyi əldə edibAprelin 16-sı Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “Dərnəgül” Voleybol Mərkəzində voleybol idman növü üzrə yarış keçirilib. “Azerreyl”, “Azercell”, “Abşeron”, “Lokomotiv” komandaları arasında kubok və birincilik medalı uğrunda qızğın mübarizə gedib. Yarışda məktəbin 11 "A" sinif şagirdi Qafarova Səmra Elçin qızı "Azerreyl" voleybol klubu Çempionlar Liqasının komandasını təmsil edib. İlk setdə "Azərreyl" - 3:1 hesabı ilə qalib gələrək birinciliyi əldə edib.

"Kenquru" Beynəlxalq Riyaziyyat Olimpiadasında fərqləniblərMartın 18-i II-X sinif şagirdləri arasında keçirilən "Kenquru" Beynəlxalq Riyaziyyat Olimpiadasında məktəbin 5 "E" sinif şagirdləri Məmmədova Leyla Azər qızı və Laçınova Sara Ruslan qızı V siniflər arasında yüksək nəticə əldə etdiklərinə görə məktəbin direktoru Xanlar İmaməliyev onlara diplom təqdim edib.

Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasında sertifikatla təltif olunublarBakı Şəhəri üzrə Təhsil İdarəsi və İstək liseyinin birgə təşkilatçılığı ilə keçirilən Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasında məktəbin adları aşağıda sadalanan şagirdləri fəal iştiraklarına görə sertifikatla təltif olunublar. 1. İbrahimxəlilov İsa Mehman oğlu 7 "E" 2. Abdullayeva Nargilə Azər qızı 7 "C" 3. Səli̇mova Elmi̇ra Səli̇m qızı 6 "Ə" 4. Cəfərova Ayan Abuzər qızı 6 "Ə" 5. Həsənov Yusif Əhməd oğlu 7 "C" 6. Bastanov Anar Vüqar oğlu 7 "C" 7. Həsənova Zümrüd Əhməd qızı 7 "C" 8. Əliyeva Duyğu Fərman qızı 7 "Ç"

HAQQIMIZDA

Bakı şəhəri 236 nömrəli tam orta məktəb 1966-cı ildən fəa...

BİZİM FƏXRLƏRİMİZ

Bəhruz Aslanov Natiq

Aygün Nağiyeva Həmzə

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi