"Qarabağın səsi" adlı rəsm sərgisindəFevralın 24-ü “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Xocalı soyqırımının iyirmi altıncı ildönümünə həsr olunmuş "Qarabağın səsi" adlı rəsm əsərlərinin sərgisi keçirilib.
Sərgidə məktəbin birinci sinfinin rus bölməsində təhsil alan rənglərdən möcüzələr yaradan balaca rəssamımız Zaman Feyziran Rəşad qızı fərqlənmə diplomu ilə təltif olunub.
"Xocalı faciəsi qan yaddaşımızdır" inşa-yazı müsabiqəsindəXocalı soyqırımının iyirmi altıncı il dönümü münasibəti ilə Bakı şəhər məktəbliləri arasında "Xocalı faciəsi qan yaddaşımızdır" mövzusunda keçirilmiş inşa-yazı müsabiqəsində məktəbin 9 "A" sinif şagirdi Alıyeva Lamiyə Samir qızı iştirakına görə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu tərəfindən şəhadətnamə ilə təltif olunub
Cüdoçu Muradın nailiyyətiCüdo üzrə "Ruslan" İdman Sağlamlıq Mərkəzinin açıq birinciliyində 2003/2004- ci il təvəllüdlü cüdoçular arasında məktəbin 9 "C" sinif şagirdi Orucov Murad Şamil oğlu 55 kq çəki dərəcəsində üçüncü yerə layiq görüldüyünə görə diplomla təltif olunub.
Bakı şəhəri 236 nömrəli tam orta məktəb 1966-cı ildən fəa...