Rənglərdən möcüzələr yaradan balaca rəssamDekabrın 25-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Mədəniyyət Mərkəzində "İslam sivilizasiya və mədəniyyətinin vəhdəti” adlı sərgi təşkil olunub. Sərgi Azərbaycan Rəssamlar İttifaqı, İranın Bakıdakı səfirliyinin mədəniyyət mərkəzi, Fələstinin Bakıdakı səfirliyi və Türkiyə səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin dəstəyi ilə baş tutub.
"İslam sivilizasiya və mədəniyyətinin vəhdəti” adlı sərgi- tədbirində məktəbimizin birinci sinfinin rus bölməsində təhsil alan Zaman Feyziran Rəşad qızı fəal iştirakına görə diplomla təltif olunub. Onu da qeyd edək ki, bu balaca rəssamımızın, məharətli fırça ustasının saymaqla bitməyən diplomlarından biridir. Rənglərdən möcüzələr yaradan Feyzerana bundan sonrakı sərgilərdə də istədiyi mərhələyə müvəffəq olmasını arzulayırıq.
Fənn olimpiadasının qalibləriTəhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində FRİTL və KBTL tərəfindən müvafiq fənlər üzrə Bakı məktəbliləri arasında keçirilən fənn müsabiqələrinin ikinci mərhələsinin nəticələri bəlli olub. Məktəbimizin 7 "C" sinif şagirdləri Həsənov Yusif Əhməd oğlu- kimya fənnindən, Həsənova Zümrüd Əhməd qızı- biologiya fənnindən keçirilən müsabiqənin qalibi olub.
Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır.
Paşamın növbəti qələbəsiBöyük hədəflər və bu hədəflərə doğru yolda böyük əmək uğurun əsas təməl prinsipləridir. Daim rəqiblərini mat qoyan 6 yaşlı şahmatçımız Paşam Əlizadə dekabrın 12- si "Təhsil" Respublika İdman Mərkəzinin şahmat üzrə Respublika çempionatının final mərhələsində 7 yaşadək oğlanlar arasında birinci yer tutduğuna görə Diplomla təltif edilib. O, 9 oyunda 9 xal yığıb. Onu da qeyd edək ki, aprel ayında Paşam Albaniyanın Durres şəhərində keçiriləcək dünya çempionatında Respublikamızı təmsil edəcək.
Paşamın əldə etdiyi bu nailiyyətləri onu hədəflədiyi böyük uğurlara aparacağına inanırıq. Balaca şahmatçımızı və onun valideynlərini əldə etdiyi qələbə münasibətilə təbrik edib, gələcək fəaliyyətində də Paşam Əlizadəyə uğurlar diləyirik.
Bakı şəhəri 236 nömrəli tam orta məktəb 1966-cı ildən fəa...