Nailiyyətlərimiz

İnşa- yazı və rəsm müsabiqəsindəBakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Abşeron Rəsm Qalereyasında “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında inşa yazı və rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir. Mükafatlandırma mərasimində inşa yazı müsabiqəsində iştirakına görə məktəbimizin 9 "a" sinif şagirdi Alıyeva Lamiyə Samir qızına sertifikat təqdim olunmuşdur.

BŞTİ-NİN FƏXRİ FƏRMANI İLƏ TƏLTİF OLUNDUQ20 nömrəli məktəb-liseydə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib. Görüşdə 2016/ 2017- ci dərs ilində qazanılan nailiyyətlərə, təlim-tərbiyə prosesinin təşkili və idarə edilməsində səmərəli fəaliyyətinə görə məktəbimizin direktoru Xanlar İmaməliyev və təlim-tərbiyə işləri üzrə direktor müavini Yaqut Həsənova Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəxri Fərmanı ilə təltif olunublar.

Kunq-fu yarışının qalibiHövsan Olimpiya İdman Kompleksində İslam Həmrəyliyi ilinə həsr olunmuş kunq-fu coriyo üzrə respublika çempionatı keçirilib. Taolu (fərdi komplekslər üzrə yarışma) növü üzrə təşkil olunan yarışda 100-dən çox idmançı bacarığını nümayiş etdirib. Sevindirici haldır ki, məktəbimizin 9 "Ç" sinif şagirdi Aytən Vəliyeva (12-15 yaş) bu yarışda 3 qızıl medala layiq görülüb. Aytənə növbəti yarışlarda bol uğur və müvəffəqiyyətlər arzu edirik.

HAQQIMIZDA

Bakı şəhəri 236 nömrəli tam orta məktəb 1966-cı ildən fəa...

BİZİM FƏXRLƏRİMİZ

Nihat Tağızadə Elçin

Bəhram Həsənli Habil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi