Nailiyyətlərimiz

Gimnastımızın növbəti uğuruDəfələrlə qalib olma xəbərini verdiyimiz məktəbimizin 5 "A" sinif şagirdi Paşayev Adil Sənan oğlu dekabr ayında Azərbaycan Gimnastika Federasiyası tərəfindən keçirilən mötəbər yarışda İdman Gimnastikası üzrə uğurla çıxış edərək II yerə layiq görülüb. Biz də Adilin uğuruna sevinib ona qarşıdakı yarışlarda da müvəffəqiyyətlər diləyirik!

FəxrimizDekabrın 7-si Milli Gimnastika Arenasında "Aerobika Gimnastikası" üzrə Bakı çempionatı və birinciliyi keçirilib. Yarışda məktəbimizin 3 "C" sinif şagirdi Mürsəlzadə Nəzrin Fərid qızı balacalar (7- 8 yaş) arasında qalib olaraq birinci yerə layiq görülmüşdür. Gimnastlar fərdi, qarışıq cütlükdə və qrup hərkətləriylə çıxışlar nümayiş etdiriblər. Məktəb kollektivi və Nəzrinin sinif yoldaşları onun bu uğurunu böyük coşqu ilə qarşılayıb. Balaca gimnastımıza bundan sonrakı mərhələlərdə də bol uğur və naliyyətinin daha da çox olmasını arzulayırıq.

“AZƏRBAYCANIN BAYRAĞINI YÜKSƏYƏ QALDIRMAQ İSTƏYİRƏM”“Azərbaycanın bayrağını yüksəyə qaldırmaq istəyirəm” deyən balaca şahmatçımız, şahmat üzrə 1-ci dərəcə normasını yerinə yetirməklə Azərbaycanda rekorda imza atan, məktəbimizin rus bölməsinin I sinif şagirdi Paşam Əlizadəni artıq hər kəs tanıyır. Paşamın növbəti qalibiyyətini məktəb rəhbərliyi, sinif rəhbəri Gülnarə Zeynalova və Paşamın sinif yoldaşları böyük coşqu ilə qarşıladı. Gülnarə Zeynalovanın Paşamın sinif yoldaşları ilə birgə sinif otağını onun qalib olması münasibətilə xüsusi bəzəməsi görənlərdə xoş təəssürat oyatdı. Paşam Əlizadə "Təhsil" Respublika İdman Mərkəzinin şahmat üzrə respublika çempionatında III zona üzrə 7 yaşadək oğlanlar arasında birinci yer tutduğuna görə diplomla təltif olunub. Biz də öz növbəmizdə balaca şahmatçımıza böyük uğurlar arzulayır kiçik qəbindəki böyük arzularının gerçəkləşməsini diləyirik.

HAQQIMIZDA

Bakı şəhəri 236 nömrəli tam orta məktəb 1966-cı ildən fəa...

BİZİM FƏXRLƏRİMİZ

Əli Cəfərov Vaqif

Roza Xudiyeva Ülfət

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi