İdman Gimnastikası üzrə keçirilən Beynəlxalq Turnirdə II yerMəktəbimizin 4 “A” sinif şagirdi Paşayev Adil Sənan oğlu Voronej şəhərində İdman Gimnastikası üzrə keçirilən Beynəlxalq Turnirdə II yerə layiq görülmüş, diplom və hədiyyə ilə təltif edilmişdir. Şagirdimizə uğurlar arzu edirik.
“Olimpiya Hərəkatı” proqramı çərçivəsində keçirilmiş Voleybol idman növü üzrə yarışda III yerMəktəbin 10 “A” sinif şagirdləri Məlikova Leyla və Qafarova Səmra “Olimpiya Hərəkatı” proqramı çərçivəsində keçirilmiş Respublika biriciliyi final yarışında Voleybol idman növündə III yeri tutduqlarına görə diplom və min manat dəyərində pul mükafatı ilə təltif olundular.
NÖVBƏTİ QIZIL MEDALRespublika fənn olimpiadalarının respublika turunda Coğrafiya fənni üzrə məktəbin 11- ci sinif şagirdi Musayev Məzahir İlham oğlu I yeri tutmuş və qızıl medalla təltif edilmişdir. Onu da qeyd edək ki, Məzahir Musayev 9-cu sinifdə oxuyarkən də Coğrafiya fənnindən I yeri tutmuş və qızıl medal almışdır. Qalibi təbrik edir, ona müvəffəqiyyətlər arzu edirik.
Bakı şəhəri 236 nömrəli tam orta məktəb 1966-cı ildən fəa...