“20 yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda keçirilmiş inşa- yazı müsabiqəsindəBakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü münasibətilə Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında məktəbimizin IX "A" sinif şagirdi Bayramova Ləman Əliyar qızı “20 Yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda keçirilmiş inşa- yazı müsabiqəsində iştirakına görə Şəhadətnamə ilə təltif olunmuşdur.
Şagirdlərimizdən daha bir nailiyyətDekabrın 22- si məktəbimizin 7 "D" sinif şagirdləri Amanova Fidan Firuz qızı və Amanova Solmaz Firuz qızı Azərbaycan Ənənəvi Karate- Do Federasiyasının Bakı şəhərində keçirdiyi seminarda bacarıq göstərərək VII KYU- ya layiq görülərək diplomla təltif olunmuşlar. Bizdə öz növbəmizdə onları qazandıqları uğura görə təbrik edir şagirdlərimizə yeni- yeni nailiyyətlər arzulayırıq!
Balaca kikboksçumuzun nailiyyətiNoyabrın 11-i məktəbimizin 2 "Ə" sinif şagirdi Verdiyev Azad Vaqif oğlu "Firdovs, Səbail, MOİK və Naxçıvan" idman klubları arasında "Kikboksinq" idman növü üzrə keçirilən yoldaşlıq görüşündə 28 kq çəki dərəcəsində I yer tutduğuna görə Kikboksinq Federasiyası Səbail İdman Klubunun rəhbəri tərəfindən diplomla təltif olunub.
Bakı şəhəri 236 nömrəli tam orta məktəb 1966-cı ildən fəa...