Nailiyyətlərimiz

"Məktəblilərarası Fənn Müsabiqələri"nin qalibləriTəhsildə İnkişaf və İnnovasiyalar üzrə birinci qrant müsabiqəsi layihəsi çərçivəsində keçirilən Bakı şəhəri üzrə "Məktəblilərarası Fənn Müsabiqələri"ndə Kimya fənni üzrə məktəbin 7 "C" sinif şagirdi Həsənov Yusif Əhməd oğlu birinci, Biologiya fənni üzrə isə həmin sinifin şagirdi Həsənova Zümrüd Əhməd qızı üçncü yeri tutduğu üçün diplomla təltif ediliblər.

Feyzeranın daha bir nailiyyəti"Art Production"-ın təşkilatçılığı ilə Bakı Pullman hotelində "Azərbaycanın milli naxış və ornamentləri" mövzusunda uşaq moda müsabiqəsi keçirilib. Müsabiqədə məktəbin birinci sinfinin rus bölməsində təhsil alan Zaman Feyziran Rəşad qızı qızlar arası ikinci yeri tutaraq diplom və hədiyyələrlə təltif olunub. Geyimi məharətlə nümayiş etdirən Feyzeranı əməkdar incəsənət xadimi, rəssam-modelyer Fəxriyyə Xələfova yüksək qiymətləndirib və mükafatları şəxsən təqdim edib.

X rus dili və ədəbiyyatı olimpiadasındaYanvarın 27-də Rusiyanın Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin ölkəmizdəki nümayəndəliyi, Azərbaycanın Təhsil Nazirliyi və Azərbaycan Rus dilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının təşkilatçılığı ilə rus dili və ədəbiyyatı üzrə 10-cu Respublika Olimpiadası keçirilib. Olimpiadada məktəbin 7-8 sinif şagirdlərindən Həyatov Nəzrin Fuad qızı, Məcidov Həmid Əzizağa oğlu, Dadaşova Yeganə Eldar qızı, Abbaslı Səməndər Firudin oğlu, Afsalov Miramal Tahir oğlu, İbrahimxəlilov İsa Mehman oğlu, Ağalı Sadiq Aftandil oğlu, İbrahimli Nasilə Ramiz qızı fəal iştirak ediblər və sertifikata layiq görülüblər. Şagirdlərdən beş nəfəri isə növbəti tura vəsiqə qazanıb.

HAQQIMIZDA

Bakı şəhəri 236 nömrəli tam orta məktəb 1966-cı ildən fəa...

BİZİM FƏXRLƏRİMİZ

Əli Cəfərli Gündüz

Aqilə Hüseynova Təkmuraz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi