Nailiyyətlərimiz

Şagirdimizin “Federasiya Kuboku” uğrunda gərgin idman mübarizəsi uğurla başa çatıbOktyabrın 8-i Azərbaycan Yelkənli İdman Federasiyası tərəfindən təşkil olunan “Federasiya Kuboku” yarışları üzrə iki gün ərzində “Laser” və “Optimist” siniflərinin yarışı keçirilib və “Windsurf sinfi”nin nümayişi olub. Yarışda, həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun “Laser-standard” sinfi üzrə komandası da iştirak edib. “Optimist” sinfi üzrə yarışda Yelkənli İdman Federasiyasının (YİF) üzvləri fərqləniblər. Belə ki, çətin hava şəraitində gərgin idman mübarizəsi aparan məktəbin 6 "E" sinif şagirdi Səxavət Əzimov ikinci yeri tutaraq diplom, medal və qiymətli hədiyyələr qazanıb. Onu da qeyd edək ki, bu Səxavətin ilk uğuru deyil. Səxavət Əzimov Qazaxıstanın Aktau şəhərində Azərbaycan Yelkənli İdman Federasiyanın (AYİF) “Optimist” sinfi üzrə yığma komandasında beynəlxalq "Caspian Cup" ("Xəzər kuboku") Yelkənli Qayıq Yarışı üzrə keçirilən mötəbər yarışda uğurla iştirak edib.

Paşamın növbəti ürəkaçan nailiyyətiİyulun 10-u Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Qusarda şahmat üzrə respublika olimpiadası keçirilib. Qusar Olimpiya İdman Kompleksində keçirilən olimpiada 16 yaşadək gənclər arasında təşkil olunub. On bir turdan ibarət yarış İsveçrə sistemi üzrə keçirilib. Yarışlarda 10 yaşadək idmançılar “B”, 10 yaşdan yuxarı şahmatçılar isə “A” qruplarında çıxış ediblər. Yarışda məktəbin rus bölməsinin II sinif şagirdi, daim öz rəqiblərini mat qoyan, “Azərbaycanın bayrağını yüksəyə qaldırmaq istəyirəm” deyən balaca şahmatçımız Paşam Əlizadə 16 yaşadək yeniyetmələrin şahmat olimpiadası “B” qrupu komandasında qalib gələrək I yerə layiq görüldüyünə görə Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının və Qusar Rayon İcra Hakimiyyətinin diplom, xatirə medalı və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

Məktəbin müəllimi qaliblər sırasında yer alıbİyunun 28-i "Bank of Baku" və "Azərbaycan müəllimi" qəzetinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin müəllimləri arasında elan edilmiş "Azərbaycan Xalq Cümhuriyyəti və Təhsil" mövzusunda inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Mükafatlandırma mərasimində məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xəyalə Quliyeva qaliblər sırasında yer alıb və ona "Bank of Baku", "Təhsil Nazirliyi" və "Azərbaycan müəllimi" qəzeti tərəfindən diplom və pul mükafatı təqdim olunub.

HAQQIMIZDA

    Bakı şəhəri 236 nömrəli tam orta məktə...

BİZİM FƏXRLƏRİMİZ

Məryam Eyvazlı Qoşqar

Nərmin Çakal Emin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi