I DƏRƏCƏLİ ŞAHMATÇI ADINI QAZANIB23-31 yanvar tarixlərində Vüqar Həşimov Şahmat Akademiyasında uşaq və yeniyetmə şahmatçılar arasında keçirilən "Qış tətili" adlı l dərəcə üzrə təsnifat turnirində 7 xal yığan məktəbin 4 "Ə" sinif şagirdi Cəmil Mürvətov II yeri tutub və I dərəcəli şahmatçı adını qazanıb.
RUS DİLİ VƏ ƏDƏBİYYATI ÜZRƏ XI RESPUBLİKA OLİMPİADASINDA FƏAL İŞTİRAK EDİBLƏRFevralın 9-u Bakı şəhəri 20 nömrəli məktəb-liseydə Rusiyanın Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin ölkəmizdəki nümayəndəliyi, Azərbaycanın Təhsil Nazirliyi və Azərbaycan Rus dilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının təşkilatçılığı ilə rus dili və ədəbiyyatı üzrə XI Respublika Olimpiadası keçirilib.7 və 8-ci sinif şagirdləri arasında keçirilən intellektual yarışda məktəbin 8 “C” sinif şagirdləri Həmid Məcidov, Anar Bastanov, Nəzrin Həyatova, 8 "E" sinif şagirdləri Mir-amal Afsalov, İsa İbrahimxəlilov, Cavidan Ağayev, Səməndər Abbaslı, 7 “Ə” sinif şagirdləri Emil Abdullayev, Aytac Kazımova, Angelina Dudetskaya və 7 "F" sinif şagiri Sürəyya Abbasova fəal iştirak ediblər və sertifikata layiq görülüblər.
GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNİN DİPLOMU İLƏ TƏLTİF OLUNUB“Sərhədçi” Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi yarışında məktəbin 11 "E" sinif şagirdi Elşən Əsədov 60 kq çəki dərəcəsində rəqiblərinə qalib gələrək ikinci yeri tutub. O, Gənclər və İdman Nazirliyinin diplomu ilə təltif olunub.
Bakı şəhəri 236 nömrəli tam orta məktəb 1966-cı ildən fəa...