Nailiyyətlərimiz

“Nömrə 1” yarışında qalib olubMəktəbin 4 “Ç” sinif şagirdi Rzazadə Günay Qadir qızı Nömrə 1 Tədris Mərkəzinin təşkil etdiyi “Nömrə 1” yarışında 410 bal topladığına görə diplom və hədiyyələrlə təltif olunub. İbtidai sinif müəllimi Güleyzə Vəliyeva və məktəb rəhbərliyi adından Günayı təbrik edir, ugurlarının davamlı olmasını arzulayırıq.

“Uşaqların ən yaxşı rəsmi” adlı müsabiqədəMartın 25-də Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə İçərişəhərdə Novruz bayramı münasibətilə “Təsviri sənət həftəsi” adlı tədbirdə “Uşaqların ən yaxşı rəsmi” adlı müsabiqə keçirilib. Müsabiqədə məktəbin birinci sinfinin rus bölməsində təhsil alan Zaman Feyziran Rəşad qızı fəal iştirakına görə Diplomla təltif olunub. Çəkdiyi rəsmlərində rənglərdən daim gözəl möcüzələr yaradan balaca rəssam Feyzirana gələcək fəaliyyətində bol-bol uğur və yeni-yeni nailiyyətlər arzulayırıq.

“Ən yaxşı məktəb saytı” müsabiqəsinin qaliblərindən biri olduqBakı Şəhəri üzrə Təhsil İdarəsində paytaxt məktəbləri arasında təşkil edilən “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Səbail rayonu 236 nömrəli tam orta məktəb qaliblər sırasında olub. Məktəbin direktoru Xanlar İmaməliyev və saytın idarə edilməsində məsul olan şəxs Gülnarə Abbasova BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

HAQQIMIZDA

Bakı şəhəri 236 nömrəli tam orta məktəb 1966-cı ildən fəa...

BİZİM FƏXRLƏRİMİZ

Zeynəb Əlizadə Hamlet

İsmayıl Məhərrəmli Hüseynqulu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi