Həsənli İlkinin növbəti uğuruSəbail rayonu 236 nömrəli tam orta məktəbin 8 "A" sinif şagirdi Həsənli İlkin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Kiçik yaşlı yeniyetmələr arasında Cüdo” üzrə Bakı şəhər birinciliyi yerinə layiq görüldüyünə görə diplomla təltif olunmuşdur. Bu İlkinin birinci uğuru deyil. Dəfələrlə uğurları olmuşdur. Qalibimizi təbrik edir, növbəti yarışlarda uğurlar arzulayırıq.
Atletika idman növündə uğurumuzMartın 30- da “Olimpiya Hərəkatı” proqramı çərçivəsində Səbail rayonu üzrə mərhələdə atletika idman növündə VIII “E" sinif şagirdləri Nuneçkin Qenadiy Dmitriy oğlu, Kirilov Əli Əsgər oğlu, Rzayeva Aysel Elçin qızı, Salayeva Səbinə Ramiz qızı, VIII “Ə” sinif şagirdi Qurbanov Cəmil və VIII “C” sinif şagirdi Nəsibova Nərmin Zaur qızı üçüncü yerə layiq görüldülər. Şagirdlər Diplomla mükafatlandırılıdılar.
Müsabiqə qalibiMəktəbimizin 9 "A" sinif şagirdi Sübhə Əsgərova “Xocalı soyqırımının 25-ci ildönümü”nə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda Bakı şəhəri orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsində I yeri tutduğuna görə qiymətli hədiyyə və diplomla təltif edilmişdir. Bu Sübhənin birinci uğuru deyil. O, dəfələrlə bu kimi müsabiqələrdə qalib olmuş və mükafatlandırılmışdır. Müəllim və şagird kollektivi Sübhəni təbrik edir və ona uğurlar arzulayır.
Bakı şəhəri 236 nömrəli tam orta məktəb 1966-cı ildən fəa...