"U-11 qızlar liqası"nın qalibləriAzərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə 2016-2017-ci il mövsümündə “Məktəblərdə futbol dərsi” layihəsində iştirak edən məktəb şagirdləri üçün U-11 Qızlar liqası təşkil olunmuşdur. 12 komadanın iştirak etdiyi liqa dairəvi sistem üzrə keçirilib. Təşkil olunmuş yarışda 236 nömrəli tam orta məktəbin komandası "Gömrükçü FK" III yeri qazanmışdır. Belə ki, mayın 10-da liqanın qalibləri 141 nömrəli tam orta məktəbin akt zalında mükafatlandırılıb. İştirakçılara liqa barədə ətraflı məlumat verilib. Qalib şagirdlər məktəb rəhbərliyi tərəfindən təbrik olundu.
Şagirdlərimizin nailiyyətiSəbail rayon İcra Hakimiyyətinin, Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə mayın 10-u Səbail rayonunun mərkəzindəki Sahil bağında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş rayon məktəblilərinin və gənc rəssamların iştirakı ilə «Heydər Əliyev və Azərbaycan» mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Məktəbimizin üç nəfər şagirdinə müsabiqədə fərqləndiklərinə görə sertfikatlar təqdim olundu. Şagirdlərimizə uğurlar arzu edirik.
Şagirdimizin nailiyyətiBakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsində məktəbimizin 8 “A” sinif şagirdi Cəfərova Ləman Vəzir qızı iştirak etmiş və şagirdimizə Sertfikat təqdim olunmuşdur.
Bakı şəhəri 236 nömrəli tam orta məktəb 1966-cı ildən fəa...