Kiçik Akademiya

ŞAGİRDİMİZİN UĞURU25 may tarixində Bakı Şəhər üzrə Təhsil idarəsinin Sabunçu rayon “Kiçik Akademiya” ları arasında keçirilən yekun konfransında VIIIa sinif şagirdləri Qasımova Aynur və Məmmmədov Əbdülxalid iştirak etdiklərinə görə Fəxri Fərmanla təltif olundular.

Ətraflı

KİÇİK AKADEMİYANIN BİOLOGİYA SEMİNARI21 dekabr tarixində məktəb-liseydə fəaliyyət göstərən Kiçik Akademiyanın biologiya kafedrasında seminar keçirildi. Seminarda VIIIb sinif şagirdləri “Zərərli vərdişlər” mövzusunda maraqlı videoçarxlar və məlumatlarla çıxış etdilər. Seminarın sonunda təlim-tərbiyə işləri üzrə direktor müavini Abışova Məleykə müəllimə, psixoloq Vəliyeva Yeganə, akademiyanın prezidenti Çerpanova Möminə çıxış edərək, kafedra rəhbəri Balayeva Kifayət müəlliməyə və şagirdlərə öz təşəkkürlərini bildirdilər.

Ətraflı

KİÇİK AKADEMYANIN STEAM SEMİNARI29 noyabr Kiçik Akademiyanın STEAM kafedrasında VI sinif şagirdlərinin seminarı keçirildi.Seminarda “Formula 1 bolidinin”mövzusunda şagirdlər öz işlərini slaydlar vasitəsi ilə təqdim etdilər.Seminarda akademyanın prezidenti Çarpanova Möminə,vitse prezidenti Vəliyeva Yeganə,kafedranın rəhbəri Sərdarova Asya müəllimə iştirak etdilər.

Ətraflı

FİZİKİ TƏRBİYƏ KAFEDRASI ÜZRƏ SEMİNAR4 mart tarixində Kiçik Akademiyanın fiziki tərbiyə kafedrası üzrə seminarı keçirildi.

Ətraflı

BİOLOGİYA FƏNNİNDƏN SEMİNAR28 dekabr tarixində Kiçik Akademiyanın Biologiya kafedrası üzrə 15-ci seminarı keçirildi. Seminar biologiya müəllimləri Balayeva Kifayət və Həsənova Təranə tərəfindən “Qarabağın flora və faunası”, “Covid 19” pandemiyası mövzuları üzrə təşkil olundu. Seminarda təlim-tərbiyə işləri üzrə direktor müavini Abışova Məleykə, tərbiyə işləri üzrə direktor müavini Əsgərova İlhamə, psixoloq Vəliyeva Yeganə və fənn müəllimləri iştirak etdi. IX,XI sinif şagirdləri Qarabağ sərvətləri və Covid 19 pandemiyası haqqında hazırladıqları slayd və təqdimatlarla çıxış etdilər. Sonda müəllim və şagirdlər Kiçik Akademiynın Diplomu ilə təltif olundular.

Ətraflı

TEXNOLOGİYA FƏNNİNDƏN SEMİNAR28 oktyabr tarixində “44 Günlük Vətən Müharibəsi və Zəfər Gününün” ildönümü münasibətilə Kiçik Akademiyanın şagirdlərinin əl işlərindən ibarət seminar keçirildi. Seminarı Kiçik Akademiyanın prezidenti Möminə Çerpanova açdı. Seminarda məktəb-liseyin direktoru Səbinə Əliyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Məleykə Abışova, tərbiyə işləri üzrə direkto müavini İlhamə Əsgərova, psixoloq Yeganə Vəliyeva iştirak etdi. Seminarda texnologiya müəllimləri Xanım Səfərova və Şəfa Əhmədova çıxış edərək şagirdlərin hazırladıqları əl işləri haqqında qısa məlumat verdilər. Daha sonra şagirdlər hər biri öz əl işlərini təqdim etdilər. Sonda şagirdlərin zəhmətləri Akademiyanın Diplomu ilə qiymətləndirildi

Ətraflı

KİMYA FƏNNİ ÜZRƏ ONLAYN SEMİNAR6 aprel 2021-ci il tarixində 213 nömrəli məktəb-liseydə "Kiçik Akademiya"nın kimya fənni üzrə VII-VIII sinif üzvlərindən ibarət müxtəlif mövzularda onlayn seminar keçirildi. Tədbiri Kiçik Akademiyanın prezidenti Möminə Çerpanova açdı. Məktəbin VII, VIII sinif şagirdlərinin iştirak etdiyi tədribdə fənn müəllimi Xəyalə Əliyeva geniş nitqlə çıxış edərək kimya elminin əsasları və mühüm əhəmiyyətinin tədrisə tətbiqi barədə məlumat verdi. Şagirdlər kimya fənnindən müxtəlif mövzularda hazırlanan təqdimatlarını nümayiş etdilər. Sonda şagirdlərin zəhmətləri Akademiyanın Diplomu ilə qiymətləndirildi.

Ətraflı

AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYAT FƏNNİ ÜZRƏ İLK SEMİNARKiçik Akademiyanın kafedraları üzrə Azərbaycan dili və ədəbiyyat bölmələrinin ilk seminarı keçirildi. Azərbaycan dili və ədəbiyyat fənləri üzrə 5b, 7a , 8b sinif şagirdləri Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr edilmiş təqdimat işlərini təqdim etdilər. Sonda məktəbin direktoru Səbinə Əliyevaya söz verildi və akademiyanın prezidenti Möminə Çerpanova tərəfindən şagirdlərimiz diplomla təltif edildi.

Ətraflı

“KİÇİK AKADEMİYA”NIN RİYAZİYYAT FƏNNİ ÜZRƏ KEÇİRİLƏN SEMİNARI213 nömrəli məktəb-liseydə fəaliyyət göstərən "Kiçik Akademiya" üzvlərinin 15 may 2019-cu il tarixində riyaziyyat fənni üzrə seminarı keçirildi. Seminarda məktəbin müdiriyyəti və fənn müəllimləri iştirak etdilər. 7a sinif şagirdi Kazımova Məryəm “Aksiomlar” barədə çıxış edərək planimetriya, stereometriya barədə ətraflı məlumat verdi. Slayd təqdim olundu. 7a sinif şagirdi Sarsarova Elvira"Riyaziyyat haqqında maraqlı məlumatlar” mövzusunda danışdı. Elvira eyni zamanda ingilis fiziki, riyaziyyatçısı, astronomu, fəlsəfəçisi və kimyaçı alim İsaak Nyuton haqqında danışdı. 7a sinif şagirdi Mustafayeva Mələk və 8b sinif şagirdi Kərimli Nəzrin “Üçbucaqlar” mövzusunda çıxış edərək üçbucağın tarixi, növləri, xassələri və gündəlik həyatımızda üçbucaqlar mövzusunda slayd, videoçarx təqdim etdilər. 7a sinif şagirdi Salmanlı Ayxan "P-ədədi”, P-nin musiqisi, rəqəmləri barədə məlumat verdi. 8b sinif şagirdi Qardaşəliyeva Aydan “Riyaziyyat və onun tarixi” mövzusunda danışaraq riyaziyyat bizim eradan əvvəl, riyaziyyatçıların fikirləri, cəbr, həndəsə, eyni zamanda Pifaqorun günlük həyatı barədə slyd təqdim etdi. Tədbirin sonunda məktəbin riyaziyyat müəllimi Almas Əsədova, Püstə Şahbazova, Ülkər Əhmədova və şagirdlər "Kiçik Akademiya"nın Prezidenti tərəfindən Diplomla təltif olundular. Seminar iştirakçılar tərəfindən çox böyük maraqla qarşılandı.

Ətraflı

“KİÇİK AKADEMİYA”NIN İNGİLİS DİLİ FƏNNİ ÜZRƏ KEÇİRİLƏN SEMİNARI213 nömrəli məktəb-liseydə fəaliyyət göstərən "Kiçik Akademiya" üzvlərinin 14 may 2019-cu il tarixində ingilis dili fənni üzrə seminarı keçirildi. Seminarda məktəbin müdiriyyəti və fənn müəllimləri iştirak etdilər. Seminar ingilis-dili müəllimi Gülnar İsmayılova, Aynur Cəfərova və Sevinc Həsənalıyevanın təşkilatçılığı ilə baş tutdu. 7a sinif şagirdi Həsənli Nihad "My home is my castle” (Mənim evim mənim qalamdır), Allahverdiyev Ruslan, Haqverdiyev Elbəy və Salahova Ruhanə “English as global language” (İngilis dili qlobal dildir), Mustafazadə Türkan “India” (Hindistan) mövzularda ətraflı danışaraq salyd və videoçarx nümayış etdilər. 8b sinif şagirdi Mustafayeva Tükəzban “America” (Amerika), Şükürova Aytac “Pyramids” (Pimamidalar), Mustafayeva Fidan “7 wonders of the world” (Dünayanın 7 möcüzəsi) barədə çıxış edərək geniş şəkildə məlumat verdilər. 10a sinif şagirdi Bayramova Leyla“Our world, our planet” (Bizim dünyamız, bizim planetimiz) mövzusunda çıxış etdi. Tədbirin sonunda məktəbin ingilis dili müəllimi Gülnar İsmayılova, Aynur Cəfərova və Sevinc Həsənalıyeva və şagirdlər "Kiçik Akademiya"nın Prezidenti tərəfindən Diplomla təltif olundular. Sonda məktəb-liseyin direktoru Səbinə Əliyeva maraqlı və məzmunlu tədbirə görə təşkilatçı müəllimlərə və şagirdlərə minnətdarlıq etdi.

Ətraflı

“KİÇİK AKADEMİYA”NIN COĞRAFİYA VƏTARİX FƏNLƏRİ ÜZRƏ KEÇİRİLƏN SEMİNARI213 nömrəli məktəb-liseydə fəaliyyət göstərən "Kiçik Akademiya" üzvlərinin 08 may 2019-cu il tarixində coğrafiya və tarix fənləri üzrə seminarı keçirildi. Seminarda məktəbin direktoru Səbinə Əliyeva, coğrafiya müəllimi Zərifə İlyasova, XanlarMəlikov, tarix müəllimi Nəzakət Rəhimova və Mahirə Mütəllimovavə şagirdlər iştirak etdilər. 6a sinif şagirdləri Məmmədova Özləm və Şükürlü Türkanəcoğrafiya fənni üzrə "Yatmış Vulkan” mövzusunda danışdılar. Eyni zamanda qədim Pompey, lava altında qalan insan qalıqları və eləcə də açıq səma altında muzey barədəslayd təqdim edərək, ətraflı məlumat verdilər. 7a sinif şagirdi Salamzadə Fərid coğrafiya fənni üzrə "Türk dünyası birliyi” mövzusunda çıxış edərək Türk dünyası birliyinə daxil olan ölkələr barədə danışaraq ətraflı məlumat verdi. 8b sinif şagirdi Məmmədli Lamiyə coğrafiya fənni üzrə "Yerin incə zirehini qoruyaq” mövzusunda çıxış edərək, ekoloji problemlər nədir?, ekoloji problemlərin növləri hansılardır?, ekoloji problemlər necə aradan qaldirilir? və s. mövzularda ətraflı məlumat verdi. 10a sinif şagirdləri Əhmədova Nərmin və Rəşidova Xumar coğrafiya fənni üzrə "GMO” mövzusunda danışaraq GMO-nun yaranma tarixi, onu başqa məhsullardan necə ayırd etmək olar və eyni zamanda zərərləri barədə slayd təqdim etdi. 8a sinif şagirdləri Məmmədquliyeva Ləman, Vəliyeva Ləman və Məmmədzadə Emin tarix fənni üzrə "I Şah Abbas” mövzusunda slayd və videoçarx təqdim edərək I Şah Abbasın həyat və yaradıcılığından, həyata keçirdiyi islahatlardan danışdı. 10a sinif şagirdləriVüsal Kazımzadə və Ceyhun Azayevtarix fənni üzrə "Azərbaycan Xalqının deportasiya edilməsi” mövzusundaçıxış etdilər. 10b sinif şagirdi Qardaşəliyeva İlahə tarix fənni üzrə "Tərəkəmə camaatı” mövzusunda ətraflı məlumat verərək, tərəkəmələr kimdirlər və harada yaşayırlar, adət-ənənələri və məşğuliyyətləri, Qarapapaq-Tərəkəmə tayfaları barədə slayd təqdim etdi. Tədbirin sonunda məktəbin coğragiya müəllimi Zərifə İlyasova, XanlarMəlikov, tarix müəllimi Nəzakət Rəhimova və Mahirə Mütəllimovavə şagirdlər "Kiçik Akademiya"nın Prezidenti tərəfindən Diplomla təltif olundular. Seminar iştirakçılar tərəfindən çox böyük maraqla qarşılandı.

Ətraflı

“KİÇİK AKADEMİYA”NIN BİOLOGİYA FƏNNİ ÜZRƏ KEÇİRİLƏN SEMİNARI213 nömrəli məktəb-liseydə fəaliyyət göstərən "Kiçik Akademiya" üzvlərinin 03 may 2019-cu il tarixində biologiya fənni üzrə seminarı keçirildi. Seminarda məktəbin müdiriyyəti və fənn müəllimləri iştirak etdilər. 9a sinif şagirdi İsmayılova Zeynəb "Üzvi aləmin təkamülü” mövzusunda danışdı. Zeynəb eyni zamanda insanın əmələ gəlməzi, rudiment atavizmlər, ən qədim insanlar, ilk insanlar, insan irqləri antropogenezin hərəkətverici qüvvələri və irqçilik barədəslayd təqdim edərək, ətraflı məlumat verdi. 10a sinif şagirdi Əkbərova Lalə“DNT analizi” barədə çıxış edərək bildirdi ki, DNT diaqnostikası sağalmaz xəstəliklərin sonradan özünü büruzə verməsinin qarşısını almaq üçün çox xeyirlidir. Bu xəstəliklər sırasına isə şəkərli diabet, kökəlmə, xərçəng, genetik mutasiyanın çətin forması, ürəktutmaları və sair daxildir.. Tədbirin sonunda məktəbin biologiya müəllimi Təranə Həsənova, Aygül Orucovavə şagirdlər "Kiçik Akademiya"nın Prezidenti tərəfindən Diplomla təltif olundular. Seminar iştirakçılar tərəfindən çox böyük maraqla qarşılandı.

Ətraflı

BÖYÜK AZƏRBAYCAN ŞAİRİ İMADƏDDİN NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ “DƏYİRMİ MASA” KEÇİRİLDİİmadəddin Nəsimi Azərbaycanın şairi,  dövrünün görkəmli mütəfəkkiri olmuşdur.  Nəsiminin yaradıcılığı Azərbaycan dili və ədəbiyyatının inkişafında mühüm bir mərhələdir. Şairin əsərləri əlyazmalar şəklində dünyanın bir sıra kitabxanalarında saxlanılır. Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılmış, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu Nəsiminin adını daşıyır. “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 noyabr tarixli 689 nömrəli sərəncam imzalamışdır. Azərbaycan Respublikası təhsil nazirinin 14.02.2019-cu il tarixli, F-82 nömrəli əmrinə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə və eləcə də Təhsil Nazirinin Tədbirlər Planına əsasən 30 aprel 2019-cu il tarixində 213 nömrəli məktəb-liseydə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Dəyirmi masa” keçirildi. Tədbiri giriş sözü ilə məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Güllü Əliyeva açaraq İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarından biri olduğunu qeyd etdi. Sonra şagirdlər Nəsiminin həyatından bəhs edən səhnəcik nümayiş etdilər. “Mənəm mən”, “Könlümüz”, “Eşq ilə”,“Hardasan”, “Ayrılır”, “Gəl axır”, “Etmə gil”, “Ağrımaz”, “Sığmazam”, “Məndə sığar iki cahan” qəzəlləri VII, VIII sinif şagirdlərinin ifasında dinlənildi. Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar stend-sərgi hazırlandı. Məktəbin 7b sinif şagirdi Orucov Cavidan Müğənni Afət Fərmanqızının İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinin sözləri ilə oxuduğu məşhur “Pəncu-şeş” hind mahnısının efirdə səslənməsinin düzgünh olmadığını qeyd edərək tənqid etdi. Tədbirin sonunda “Nəsimi” filmindən fraqmentlər nümayiş olundu. Şagirdlər məktəb rəhbərliyi tərəfindən Diplomla təltif olundular.

Ətraflı

“KİÇİK AKADEMİYA”NIN ƏDƏBİYYAT FƏNNİ ÜZRƏ KEÇİRİLƏN SEMİNARI213 nömrəli məktəb-liseydə fəaliyyət göstərən "Kiçik Akademiya" üzvlərinin 26 aprel 2019-cu il tarixində ədəbiyyat fənni üzrə seminarı keçirildi. Seminarda məktəbin müdiriyyəti və fənn müəllimləri iştirak etdilər. Eyni zamanda 272 nömrəli tam orta məktəbin UBR Əfsanə Əhmədova, azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri Elnurə Nurbalayeva, azərbaycan dili və ədəbiyyat müəllimi Nəzakət Rəsulova müdiriyyət tərəfindən dəvət olunmuşdu. Ədəbiyyat üzrə 10a sinif şagirdlərindən Babayeva Fahirə, Xudayarova Fəridə və Quliyeva Sünbül "Dramaturgiyanın yaranma tarixi" mövzusunda yazdıqları təqdimatları nümayiş etdilər.Onlar tragediya, komediya, dram, dekorasiya, musiqi eləcə də obrazların sirri mövzusunda ətraflı məlumat verdilər. 8c sinif şagirdləri Məmmədova Səriyyə, Məhərrəmzadə Fərhad, Cahangirov Cahangir, Zakirov Əli böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadə və Mirzə Ələkbər Sabirin həyat və yaradıcılıqları haqqında slayd təqdim edərək, ətraflı məlumat verdilər. 8b sinif şagirdi Məmmədli Aysel Azərbaycan şairi, mütəfəkkir İmaddədin Nəsimi haqqında çıxış edərək, onun həyat və yaradıcılığından danışdı. Tədbirin sonunda məktəbin ədəbiyyat müəllimi Cabbarova Sədaqət və şagirdlər "Kiçik Akademiya"nın Prezidenti tərəfindən Diplomla təltif olundular. Seminar qonaqlar və iştirakçılar tərəfindən çox böyük maraqla qarşılandı.

Ətraflı

“KİÇİK AKADEMİYA”NIN KİMYA FƏNNİ ÜZRƏ “KİMYA VƏ HƏYAT” MÖVZUSUNDA KEÇİRİLƏN SEMİNARI20 aprel 2019-cu il tarixində 213 nömrəli məktəb-liseydə "Kiçik Akademiya"nın kimya fənni üzrə VII-VIII sinif üzvlərindən ibarət “Kimya və həyat” mövzusunda seminar keçirilib. Tədbiri məktəbin direktoru  Səbinə Əliyeva açıb. Məktəbin VII, VIII sinif şagirdlərinin iştirak  etdiyi tədribdə fənn müəllimi Gülsabah Hümbətova və Xəyalə Əliyeva geniş nitqlə çıxış edərək kimya elminin əsasları və mühüm əhəmiyyətinin tədrisə tətbiqi barədə məlumat vedrilər. Şagirdlər seminar zamanı kimya fənni üzrə müxtəlif mövzularda çıxış etdilər. Belə ki. məktəbin 7a sinif şagirdi Kazımova Məryəm “İstilik effekti” mövzusunda slayd təqdim edərək, ekzotermik və  endotermik reaksiyalar, termokimyevi tenlik, əmələgəlmə istiliyi və yanma barədə də geniş məlumat verdi. Sarsanova Elvira “Kimya” barədə hazırladığı slaydda kimya maddələr, onların xassələri, çevrilmələri və bu çevrilmələr zamanı müşahidə olunan hadisələr haqqında ətraflı məlumat verdi. Həsənli Heydər “Fiziki və kimyəvi hadisələr” mövzusunda slayd təqdim edərək, kimyevi hadiselerin xarici elametleri mövzusunda danışdı. 8b sinif şagirdi Mustafayeva Tükəzban “Mendeleyevin həyat və fəaliyyəti” və “Dövri sistem” mövzularında çıxış edərək, kimyəvi elementlərin dövri sistemi cədvəlinin inkişaf tarixi barədə məlumat verərək, slayd nümayiş etdi. M.Tükəzban yumurta qabığının xlorid turşusunda həll olması təcrübəsini əyani şəkildə nümayış etdirdi. 8a sinif şagirdlərdən İbrahimov Ələkbər, Məmmədova Maya, Ələkbərova Nigar, İsmayılov Elmir, Ağayeva Zərifə, İsmayılov Elmir, Həsənov Rəcəb, Hüseynov Nicat, Vəliyeva Ləman və Mollayeva Leyla “Dil açır elementlər” adlı mövzu əsasında maraqlı çıxışlar etdilər. Sonda şagirdlər seçdikləri mövzular əsasında çıxış edərək, bu mövzuların daha gərəkli olduğunu obrazlı şəkildə sübut etməyə çalışdılar. Tədbirin sonunda məktəbin kimya müəllimi Gülsabah Hümbətova və Xəyalə Əliyeva və şagirdlər "Kiçik Akademiya"nın Prezidenti tərəfindən Diplomla təltif olundular.

Ətraflı

“KİÇİK AKADEMİYA”NIN FİZİKA FƏNNİ ÜZRƏ SEMİNARI12 aprel 2019-cu il tarixində 213 nömrəli məktəb-liseydə VII-VIII sinif şagirdlərdən ibarət "Kiçik Akademiya"nın fizika fənni üzrə seminarı keçirilib. Tədbirin əvvəlində məktəb-liseyin direktoru Səbinə Əliyeva fəaliyyət göstərən "Kiçik Akademiya"nın yaradılmasında əsas məqsədin yaradıcı təfəkkürə malik istedadlı şagirdləri üzə çıxarmaq olduğunu bildirib. O, həmçinin reallaşan “Kiçik Akademiya” layihəsinə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin böyük önəm verdiyini bildirərək, bundan sonra da birgə əməkdaşlıq üçün mümkün imkanlardan istifadə ediləcəyini diqqətə çatdırıb. Şagirdlər seminar zamanı fizika fənni üzrə müxtəlif mövzularda elmi məruzələrlə çıxış etdilər. Belə ki. məktəbin 7a sinif şagirdləri Əliyev Renat, Haqverdiyev Elbəy və Salahova Ruhanə “Təzyiq. Maye və qazlarda təzyiqin örtürülməsi. Paskal qanunu. Birləşmiş qablar qanunu. Hidravlik maşın” mövzusunda çıxış edərək geniş məlumat verdilər. Onlar həmçinin bərk cisimlərdə təzyiqin qüvvə istiqamətində, maye və qazlarda isə bütün istiqamətlərdə bərabər paylanmasını əyani vəsaitlərdən istifadə etməklə nümayiş etdirdilər. 8a sinif şagirdləri Quluzadə Əminə və Mustafayeva Fidan “Ərimə. Maddənin bərk (kristal) haldan maye hala keçməsi” mövzusunda çıxış edərək ərimə teperaturu, xüsusi ərimə istiliyi, qaynama, xüsusi buxarlanma istiliyi, kondensasiya, qaynama temperaturu, sublimasiya, desublimasiya, buxarlanma haqqında geniş şəkildə məlumat verərək, slayd nümayiş etdilər. 8b sinif şagirdləri Əzizli Mirmehdi və Qasımova Zeynəb müasir dəyişən cərəyan elektrik enerjisi şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan ixtiraçı Nikola Testa haqqında çıxış etdilər. Zeynəb N.Testanın 5 çılğın aləti (simsiz elektrik ötrürülməsi. Rentgen, ölüm şüası, robot texnikası və zəlzələ yaradan maşın) barədə ətraflı şəkildə məlmuat verdi. O, həmçinin özü hazırladığı “buxar turbini” təcrübəsini də nümayiş etdi. Tədbirin sonunda məktəbin direktoru və fizika müəllimi Səbinə Əliyeva, fizika fənn müəllimi Asya Sərdarova və şagirdlər "Kiçik Akademiya"nın Prezidenti tərəfindən Diplomla təltif olundular.

Ətraflı

213 NÖMRƏLİ MƏKTƏB-LİSEYDƏ "KİÇİK AKADEMİYA"NIN YARANMASIAzərbaycan Respublikası Təhsil Nazirinin 21.01.2018- ci tarixli, 63 nömrəli əmrinə əsasən 213 nömrəli məktəb-liseydə 01 mart 2019-cu il tarixində “Kiçik Akademiya” yaradıldı. “Kiçik Akademiya” yaradıcılıq və elmi-tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyidir. “Kiçik Akademiya” çərçivəsində mütəmadi olaraq fənn olimpiadaları, müsabiqələr, toplantılar, elmi-təcrübi konfranslar, seminarlar və tədbirlərin keçirilməsi nəzərdə tutulur. “Kiçik Akademiya”nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlər, şagirdlərdə tədqiqatçılıq işlərinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir. “Kiçik Akademiya”nın öz loqosu və hər bir üzv üçün üzərində bu loqosun əksi olan yaxalıqlar hazırlanmışdır. Eyni zamanda hər layihənin sonuda təqdim etmək üçün “Kiçik Akademiya”nın öz Diplomları da vardır. “Kiçik Akademiya”nın Prezidenti: 213 nömrəli məktəb-liseyin Uşaq Birliyi Təşkilatının Rəhbəri Çerpanova Möminə Şahvələd qızı, Vitse Prezidenti: Psixoloq Vəliyeva Yeganə İbad qızı, müəllimləri isə məktəb-liseyin direktoru, fizika müəllimi Səbinə Əliyeva, təsərüfat işləri üzrə direktor müavini, fizika müəllimi Səyyarə Xəlillova, Asya Sərdarova, azərbaycan dili və ədəbiyyat müəllimi Güllü Əliyeva, Təranə Əsgərova, Sədaqət Cabbarova, coğrafiya müəllimi Zərifə İlyasova, tarix müəllimi Mahirə Mütəllimova, Bahar Həsənova, riyaziyyat müəllimi Püstə Şahbazova, Ülkər Əhmədova, Almaz Əsədova, kimya müəllimi Gülsabah Hümbətova , Xəyalə Əliyeva, Kifayət Balayeva, biologiya müəllimi Təranə Həsənova, ingilis dili müəllimi Xədicə Əzizova, Tahirə Həsənova, Gülnar İsmayılova, Məlahət Rəhimovadır. “Kiçik Akademiya”nın üzvləri, könüllü olaraq ictimai birlikdə işləmək arzusunda olan və elmi tədqiqat işlərinə meyli olan (VI-X sinif şagirdləri) 47 nəfərdən ibarətdir: Əliyeva Bəyaz, Quluzadə Rəvan, Babayeva Fahirə, Xudayarova Fəridə, Quliyeva Sünbül, Əkbərova Lalə, Dadaşova Aysel, Rüstəmova Nəzrin, Məmmədova Maya, Vəliyeva Ləman, Məmmədquliyeva Ləman, Molayeva Leyla, Azayev Ceyhun, Kazımzadə Vüsal, Rəşidova Xumar, Ağayeva Zərifə, Mustafayeva Fidan, Quluzadə Əminə, Qasımova Zeynəb, Əzizli Mirmehdi, Əliyev Renat, Haqverdiyev Elbəy, Salahova Ruhanə, Kərimli Nəzrin, Şükürova Aytac, Mustafayeva Tükəzban , Abbasova Lalə, Həsənli Nihad, Mustafazadə Türkan, Allahverdiyev Ruslan, Mehdiyeva Mədinə, Bayramova Leyla, İbadov İbad, Zeynallı Seymur, Əhmədova Aytac, Əliyeva Zeynəb, Kazımova Məryəm, Sarsanova Elvir, Qardaşəliyeva Aydan, Salahova Ruhanə, Nəcəfzadə Məhəmməd, Nəcəfzadə Xədicə, İsgəndərli Ebru, Həsənli Heyd, Salamzadə Fərid, Cəlilov Ümid, Şabanov Hüseyn.

Ətraflı
HAQQIMIZDA

Bakı şəhəri 213 nömrəli məktəb-lisey 1963-cü ildən fəaliyyətə...

BİZİM FƏXRLƏRİMİZ

Fahirə Babayeva Vüqar

Fidan Hüseynova Araz

HAQQIMIZDA

Bakı şəhəri 213 nömrəli məktəb-lisey 1963-cü ildən fəaliyyətə...

BİZİM FƏXRLƏRİMİZ

Fahirə Babayeva Vüqar

Fidan Hüseynova Araz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi