“KİÇİK AKADEMİYA”NIN BİOLOGİYA FƏNNİ ÜZRƏ KEÇİRİLƏN SEMİNARI

213 nömrəli məktəb-liseydə fəaliyyət göstərən "Kiçik Akademiya" üzvlərinin 03 may 2019-cu il tarixində biologiya fənni üzrə seminarı keçirildi. Seminarda məktəbin müdiriyyəti və fənn müəllimləri iştirak etdilər. 9a sinif şagirdi İsmayılova Zeynəb "Üzvi aləmin təkamülü” mövzusunda danışdı. Zeynəb eyni zamanda insanın əmələ gəlməzi, rudiment atavizmlər, ən qədim insanlar, ilk insanlar, insan irqləri antropogenezin hərəkətverici qüvvələri və irqçilik barədəslayd təqdim edərək, ətraflı məlumat verdi. 10a sinif şagirdi Əkbərova Lalə“DNT analizi” barədə çıxış edərək bildirdi ki, DNT diaqnostikası sağalmaz xəstəliklərin sonradan özünü büruzə verməsinin qarşısını almaq üçün çox xeyirlidir. Bu xəstəliklər sırasına isə şəkərli diabet, kökəlmə, xərçəng, genetik mutasiyanın çətin forması, ürəktutmaları və sair daxildir.. Tədbirin sonunda məktəbin biologiya müəllimi Təranə Həsənova, Aygül Orucovavə şagirdlər "Kiçik Akademiya"nın Prezidenti tərəfindən Diplomla təltif olundular. Seminar iştirakçılar tərəfindən çox böyük maraqla qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi