“KİÇİK AKADEMİYA”NIN RİYAZİYYAT FƏNNİ ÜZRƏ KEÇİRİLƏN SEMİNARI

213 nömrəli məktəb-liseydə fəaliyyət göstərən "Kiçik Akademiya" üzvlərinin 15 may 2019-cu il tarixində riyaziyyat fənni üzrə seminarı keçirildi. Seminarda məktəbin müdiriyyəti və fənn müəllimləri iştirak etdilər. 7a sinif şagirdi Kazımova Məryəm “Aksiomlar” barədə çıxış edərək planimetriya, stereometriya barədə ətraflı məlumat verdi. Slayd təqdim olundu. 7a sinif şagirdi Sarsarova Elvira"Riyaziyyat haqqında maraqlı məlumatlar” mövzusunda danışdı. Elvira eyni zamanda ingilis fiziki, riyaziyyatçısı, astronomu, fəlsəfəçisi və kimyaçı alim İsaak Nyuton haqqında danışdı. 7a sinif şagirdi Mustafayeva Mələk və 8b sinif şagirdi Kərimli Nəzrin “Üçbucaqlar” mövzusunda çıxış edərək üçbucağın tarixi, növləri, xassələri və gündəlik həyatımızda üçbucaqlar mövzusunda slayd, videoçarx təqdim etdilər. 7a sinif şagirdi Salmanlı Ayxan "P-ədədi”, P-nin musiqisi, rəqəmləri barədə məlumat verdi. 8b sinif şagirdi Qardaşəliyeva Aydan “Riyaziyyat və onun tarixi” mövzusunda danışaraq riyaziyyat bizim eradan əvvəl, riyaziyyatçıların fikirləri, cəbr, həndəsə, eyni zamanda Pifaqorun günlük həyatı barədə slyd təqdim etdi. Tədbirin sonunda məktəbin riyaziyyat müəllimi Almas Əsədova, Püstə Şahbazova, Ülkər Əhmədova və şagirdlər "Kiçik Akademiya"nın Prezidenti tərəfindən Diplomla təltif olundular. Seminar iştirakçılar tərəfindən çox böyük maraqla qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi