KİMYA FƏNNİ ÜZRƏ ONLAYN SEMİNAR

6 aprel 2021-ci il tarixində 213 nömrəli məktəb-liseydə "Kiçik Akademiya"nın kimya fənni üzrə VII-VIII sinif üzvlərindən ibarət müxtəlif mövzularda onlayn seminar keçirildi. Tədbiri Kiçik Akademiyanın prezidenti Möminə Çerpanova açdı. Məktəbin VII, VIII sinif şagirdlərinin iştirak etdiyi tədribdə fənn müəllimi Xəyalə Əliyeva geniş nitqlə çıxış edərək kimya elminin əsasları və mühüm əhəmiyyətinin tədrisə tətbiqi barədə məlumat verdi. Şagirdlər kimya fənnindən müxtəlif mövzularda hazırlanan təqdimatlarını nümayiş etdilər. Sonda şagirdlərin zəhmətləri Akademiyanın Diplomu ilə qiymətləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi