TEXNOLOGİYA FƏNNİNDƏN SEMİNAR

28 oktyabr tarixində “44 Günlük Vətən Müharibəsi və Zəfər Gününün” ildönümü münasibətilə Kiçik Akademiyanın şagirdlərinin əl işlərindən ibarət seminar keçirildi. Seminarı Kiçik Akademiyanın prezidenti Möminə Çerpanova açdı. Seminarda məktəb-liseyin direktoru Səbinə Əliyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Məleykə Abışova, tərbiyə işləri üzrə direkto müavini İlhamə Əsgərova, psixoloq Yeganə Vəliyeva iştirak etdi. Seminarda texnologiya müəllimləri Xanım Səfərova və Şəfa Əhmədova çıxış edərək şagirdlərin hazırladıqları əl işləri haqqında qısa məlumat verdilər. Daha sonra şagirdlər hər biri öz əl işlərini təqdim etdilər. Sonda şagirdlərin zəhmətləri Akademiyanın Diplomu ilə qiymətləndirildi
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi