“KİÇİK AKADEMİYA”NIN İNGİLİS DİLİ FƏNNİ ÜZRƏ KEÇİRİLƏN SEMİNARI

213 nömrəli məktəb-liseydə fəaliyyət göstərən "Kiçik Akademiya" üzvlərinin 14 may 2019-cu il tarixində ingilis dili fənni üzrə seminarı keçirildi. Seminarda məktəbin müdiriyyəti və fənn müəllimləri iştirak etdilər. Seminar ingilis-dili müəllimi Gülnar İsmayılova, Aynur Cəfərova və Sevinc Həsənalıyevanın təşkilatçılığı ilə baş tutdu. 7a sinif şagirdi Həsənli Nihad "My home is my castle” (Mənim evim mənim qalamdır), Allahverdiyev Ruslan, Haqverdiyev Elbəy və Salahova Ruhanə “English as global language” (İngilis dili qlobal dildir), Mustafazadə Türkan “India” (Hindistan) mövzularda ətraflı danışaraq salyd və videoçarx nümayış etdilər. 8b sinif şagirdi Mustafayeva Tükəzban “America” (Amerika), Şükürova Aytac “Pyramids” (Pimamidalar), Mustafayeva Fidan “7 wonders of the world” (Dünayanın 7 möcüzəsi) barədə çıxış edərək geniş şəkildə məlumat verdilər. 10a sinif şagirdi Bayramova Leyla“Our world, our planet” (Bizim dünyamız, bizim planetimiz) mövzusunda çıxış etdi. Tədbirin sonunda məktəbin ingilis dili müəllimi Gülnar İsmayılova, Aynur Cəfərova və Sevinc Həsənalıyeva və şagirdlər "Kiçik Akademiya"nın Prezidenti tərəfindən Diplomla təltif olundular. Sonda məktəb-liseyin direktoru Səbinə Əliyeva maraqlı və məzmunlu tədbirə görə təşkilatçı müəllimlərə və şagirdlərə minnətdarlıq etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi